Əmək müqaviləsinə niyə işəgötürənin faktiki fəaliyyət ünvanı daxil edilir?

Əmək müqaviləsinə niyə işəgötürənin faktiki fəaliyyət ünvanı daxil edilir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

ƏMAS altsistemi istifadəyə verildikdə, əmək müqaviləsinə faktiki iş ünvanı ilə məlumatın daxil edilməsi nəzərdə tutulmuşdu. 9 dekabr 2022-ci il tarixli, 684-VIQD saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci hissəsinin “b)” yarımbəndinə ikinci halda “hüquqi” sözündən sonra “və faktiki fəaliyyət göstərdiyi” sözləri, ikinci halda “ünvanı” sözündən sonra “, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı,” sözləri əlavə edildi. 
Əmək Məcəlləsində edilən dəyişikliyin məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri ilə bağlıdır. 
Mümkündür ki, işçi işğaldan azad olunan ərazidə fəaliyyət göstərən işəgötürəndə çalışsın, amma vəzifəsinə uyğun olaraq faktiki iş yeri həmin ərazidə olmasın. Bu halda o, əmək qanunvericiliyi ilə müəyyən edilən güzəştlərdən mərhum olur. O səbəbdən həm Əmək Məcəlləsinin 43-cü maddəsində, həm də  Əmək Məcəlləsinin 1-ci əlavəsində – “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nda faktiki iş ünvanı haqqında məlumatın daxil edilməsi mütləq tələb kimi müəyyən edilib. 
Bəzi hallarda həmkarlarımızdan suallar daxil olur ki, işəgötürən işçini işə qəbul etdikdə faktiki iş ünvanı, məsələn, Xətai rayonu olsa da, sonradan işəgötürənin ünvanı dəyişdikdə əmək müqaviləsində müvafiq dəyişikliyin aparılmasına ehtiyac var? Əksər işəgötürənlər icarəyə götürdükləri ünvanlarda fəaliyyət göstərdikləri üçün faktiki iş ünvanı üzrə dəyişikliklər tez-tez baş verir. Fikrimizcə, Əmək Məcəlləsinin 43-cü maddəsinin tələbləri sırf Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən işəgötürənlər üçün nəzərdə tutulub.
Misal üçün, əsasən konsaltinq xidməti göstərən təşkilatlarda rast gəlinir ki, işə qəbul olunan işçi öz ofisində yox, işəgötürənin tərəfdaşlıq etdiyi müəssisədə (başqa ünvanda) çalışır. Tərəfdaş təşkilat dəyişdikcə işçinin iş ünvanı da dəyişir. Eyni halı mağazalarda satıcı işləyən şəxslərə də şamil etmək olar. Prosesin bu cür olması işçinin əmək şəraitinin dəyişməsi anlamına gəlir, yoxsa işəgötürənin işçinin iş yerini dəyişmək hüququ var?
Bu halda işəgötürənlə işçinin arasında bağlanılmış əmək müqaviləsinə baxmaq lazımdır. Əgər işəgötürən əmək müqaviləsində qeyd edibsə ki, işçinin iş yeri təşkilatın xidmət göstərdiyi iş yerləridir, bu zaman işçinin xidmət üçün başqa ərazilərə göndərilməsi problem yaratmır. Ancaq iş yeri baş ofis kimi qeyd olunan işçi filiala və ya xidmət göstərilən iş yerinə göndərilirsə, bu, əmək şəraitinin dəyişməsi hesab oluna bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər