Hansı hallarda məhkəmə qərarı olduğu halda işçinin əmək müqaviləsinə xitam verilir?

Hansı hallarda məhkəmə qərarı olduğu halda işçinin əmək müqaviləsinə xitam verilir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;
Cinayət Məcəlləsinin 43-cü maddəsinə əsasən, cəzanın aşağıdakı növləri mövcuddur:
- cərimə;
- nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
- müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
- ictimai işlər;
- xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;
- islah işləri;
- hərbi xidmət üzrə məhdudlaşdırma;
- Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
- azadlığın məhdudlaşdırılması; 
- intizam xarakterli hərbi hissədə saxlama;
- müəyyən müddətə azadlıqdan məhrum etmə;
- ömürlük azadlıqdan məhrum etmə.
Cinayət Məcəlləsində qeyd edilən cəza növlərindən aşağıdakı 4-ü barədə məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra əmək müqaviləsinə xitam verilməlidir:
- nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
- müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
- müəyyən müddətə azadlıqdan məhrum etmə;
- ömürlük azadlıqdan məhrum etmə.
Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.
Mİsal 1. Sürücü vəzifəsində işləyən işçi ağır qəza törətməsi səbəbindən məhkəmənin qərarına əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan 1 illik mərhum edilib. Bu halda işəgötürən məhkəmənin qərarını əsas tutaraq, işçinin əmək müqaviləsinə xitam verilə bilər.
Mİsal 2. Mühasib vəzifəsinə çalışan işçi tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olub. Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü maddəsinə uyğun olaraq işçi iki ilədək müddətdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona yeddi min manat cərimə tətbiq edilib. Fikrimizcə, mühasib vəzifəsində çalışan işçinin nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi onun əmək müqaviləsinə xitam üçün əsas ola bilməz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər