İş vaxtının cəmlənmiş uçotu nə deməkdir və diqqət yetiriləsi 3 VACİB MƏQAM

İş vaxtının cəmlənmiş uçotu nə deməkdir və diqqət yetiriləsi 3 VACİB MƏQAM

"Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

Çoxnövbəli iş rejimi haqqında kifayət qədər məlumat verdiyimizdən, Əmək Məcəlləsinin fərqli iş rejimi və ən maraqlı mövzularından olan iş vaxtının cəmlənmiş uçotu haqqında oxucularımızı məlumatlandıraq.
Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, işəgötürən iş vaxtının cəmlənmiş uçotunu tətbiq edə bilər. Maddənin birinci hissəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
İşəgötürən iş vaxtının cəmlənmiş uçotunu tətbiq edərkən aşağıdakı məqamlara mütləq diqqət yetirməlidir:

1. İş vaxtı üzrə qeydiyyat (uçot) dövr olaraq bir ildən artıq olmamalıdır.

Açıqlama: Qeydiyyat (uçot) dövrü dedikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan 2019-cu ilin istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatının miqdarı nəzərə alınır.

2. İş vaxtının cəmlənmiş uçotunda gündəlik işin (növbənin) müddəti 12 saatdan çox ola bilməz.
Açıqlama: İşəgötürən üçün iş vaxtının cəmlənmiş uçotunun üstünlüyündən biri odur ki, gündəlik iş normasının maksimum 8 yox, 12 saat olmasına icazə verilir. O səbəbdən mühafizəçilər, sorğu mərkəzləri, dənizdə fəaliyyət göstərən və s. bu tipli iş yerlərdində adətən iş vaxtının cəmlənmiş uçotunu tətbiq edirlər.

3. İş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamalıdır.

Açıqlama: Qeydiyyat (uçot) dövrü ay götürüldüyü halda, 2019-cu ilin oktyabr ayında 23 iş günü olduğu üçün iş vaxtının müddəti 184 saatdan çox ola biməz. 2019-cu ilin 3-cü rübü qeydiyyat (uçot) dövrü olaraq götürülərsə, bu halda iş vaxtının müddəti 512 saatdan (184 saat (iyul) + 160 saat (avqust) + 160 saat (sentyabr)) çox ola bilməz. Qeydiyyat (uçot) dövrü tam olaraq 2019-cu il götürülübsə, o halda iş vaxtının müddəti 1 926 saatdan çox ola bilməz.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan 2019-cu ilin istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatının miqdarı hesablanaraq qeyd edilib.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda

5 Komment

  1. Nurani Rüstəmli 29 İyul 2020

    Salam. Əmək qanunvericiliyi və şərhlər toplusu kitabının qiyməti barədə məlumat verərdiz zəhmət olmasa

  2. Elmar 25 Avqust 2020

    Salam. Bu kitabı necə əldə etmək olar?

  3. Ramin 01 Yanvar 2021

    Salam, Bu kitabın 2021-ci il versiyası nə vaxt olacaq? indi bu kitabı necə və neçəyə əldə etmək olar?

  4. Lalə 11 Aprel 2021

    Salam bu kitabı necə əldə etmək olar?

  5. Türkan 16 İyun 2021

    Salam. Bu kitabı necə əldə etmək olar?

Şərh yazın

Xəbərlər