Törəmə, asılı və birgə müəssisə anlayışının izahı

Törəmə, asılı və birgə müəssisə anlayışının izahı

“Mühasibat uçotu – 2018” kitabından seçmə
Yeni standartlarda törəmə müəssisə, asılı müəssisə və birgə müəssisə anlayışının izahı var. Sadə və başa düşülən şəkildə həmin anlayışların izahını verək.

Ola bilər ki, bir təşkilat digər təşkilatın idarə edilməsində, qərarların qəbulunda, maliyyə əməliyyatlarının idarə olunmasında nəzarət funksiyasına malikdir. Misal kimi, bir müəssisə digər müəssisənin nizamnamə kapitalında payların və yaxud səhmlərin 50%-dən çoxuna və qeyd etdiyimiz nəzarət fuksiyasına malikdirsə, artıq bu payları alan müəssisə ana müəssisə və digər müəssisə isə törəmə müəssisə sayılır.
Sadə şəkildə desək, payların və yaxud səhmlərin 20%-dən 50%-nə kimi hissəsinə malik olan və idarəetmədə əhəmiyyətli təsir gücü olan müəssisə ana müəssisə, digər müəssisə isə asılı müəssisə sayılır.
Digər müəssisədə 20%-dən aşağı paya malik olan müəssisə artıq ana müəssisə sayılmır və digər müəssisədəki payı sadəcə investisiya qoyuluşu (maliyyə aktivi) hesab olunur.
Birgə müəssisə isə iki və ya daha çox müəssisənin iş birliyilə qurulur. Burada paylardan asılı olmayaraq, bütün qərarları, maliyyə əməliyyatları üzrə tapşırıqları tərəflər birgə qəbul edirlər.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər