Ehtiyatların uçotu yeni hesablarında necə nəzərə alınır?

Ehtiyatların uçotu yeni hesablarında necə nəzərə alınır?

“Mühasibat uçotu – 2018” kitabından seçmə
202 saylı hesab ehtiyatların uçotu üçün nəzərdə tutulub. Ehtiyatların tərkibində eyni zamanda, mallar, hazır məhsullar da var. Odur ki, malların alışı 205 saylı hesabda, hazır məhsulun istehsalı ilə bağlı olan bütün xərclər isə 202 saylı hesabda uçota alınır. Bu haqda əvvəlki bölmələrdə geniş məlumat vermişik. Misal üçün, kərpic istehsalının bütün maya dəyəri xərcləri birbaşa 202 saylı hesaba yazılır. Kərpic istehsal olunub anbara təhvil veriləndən sonra isə 204 saylı hesaba silinir.

Artıq hazır məhsulu satmaq vaxtıdır. Bu zaman əlavə xərclər meydana çıxa bilər. Məsələn, reklam xərci və bununla bağlı digər xərclər, nəqliyyat xərci və bununla bağlı olan amortizasiya, əməkhaqqı və digər xərclər və sair. Burada xərclər təsnifləşdirilir. Elə məsələnin incəliyi də burdadır. Satılmış kərpicin uçota alınan maya dəyəri 204-dən 701 saylı hesaba silinir. Nəqliyyat xərci birbaşa satışla bağlı olduğundan 701-ci hesabda, reklam xərci isə 711 saylı hesabda kommersiya xərci kimi uçota alınır.
Məsələyə məntiqlə yanaşsaq görərik ki, 701 saylı hesabda məhsulun istehsalı ilə bağlı xərclər yox, satışı ilə bağlı xərclər, yəni satışın maya dəyəri ilə bağlı olan xərclər əks olunur.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. sada 05 Sentyabr 2018

    İşci işəgötürən şirkəti bir ay qabaqcadan xəbərdar etmədən işdən çıxmışsa, həmin şirkət tam işlədiyi ayın pulunu işçiyə ödəməlidir ya yox? Şirkət işçinin bir ay qabaqcadan xəbərdar etməməsini əmək haqqının verməməsi ilə əvəzləşdirə bilərmi?

Şərh yazın

Xəbərlər