Qeyri-maddi aktivlərin amortizasiyası necə həyata keçirilməlidir?

Qeyri-maddi aktivlərin amortizasiyası necə həyata keçirilməlidir?

Aşağıda yeni Milli Mühasibat Uçotu Standartlarında qeyri-maddi aktivlərin amortizasiyası ilə bağlı yer almış məlumatları təqdim edirik. Məsləhət görürük ki, oxucular bu məlumatı diqqətlə oxusunlar. 
Aktivin amortizasiya olunan məbləğinin onun faydalı istifadə müddəti üzrə ardıcıl olaraq bölüşdürülməsi üçün müxtəlif amortizasiya metodlarından istifadə edilə bilər. Belə metodlara düz xətt metodu, azalan balans metodu və istehsal vahidi metodu aiddir. Tətbiq edilən amortizasiya metodu aktivdə təcəssüm olunmuş (özünü tapmış) gözlənilən gələcək iqtisadi səmərənin ehtimal olunan istehlak sxeminə uyğun olaraq seçilir və iqtisadi səmərənin ehtimal olunan istehlak sxemi dəyişməyənədək, ardıcıl olaraq dövrdən dövrə tətbiq edilir. Ehtimal olunan istehlak sxemi etibarlı əsasla müəyyən edilmədikdə, müəssisə düz xətt metodunu tətbiq etməlidir. Hər dövr üçün amortizasiya ayırmaları - bu və ya digər Standart onların digər aktivin balans dəyərinə daxil edilməsini tələb etməzsə və ya buna yol verməzsə - “Mənfəət və zərər haqqında” hesabatda tanınır.
 
Amortizasiyanın istehsal vahidi metodunun tətbiq edildiyi zaman hasilat əldə edilməzsə, bu zaman amortizasiya xərcləri sıfıra bərabər ola bilər. Amortizasiyanın bu metodundan istifadə edilməsinə görə amortizasiya xərclərinin sıfıra bərabər olması faktı aktivin qiymətdən düşdüyünə dəlalət edə bilər və bu zaman həmin aktivin qiymətdən düşmə səviyyəsinin müəyyənləşdirilməsi ”Aktivlərin qiymətdən düşməsi üzrə” 24 №-li Milli Mühasibat Uçotu Standartının tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
 
Qeyd edək ki, qeyri-maddi aktivlərin amortizasiyası metodları əsas vəsaitlərdə (torpaq, tikili və avadanlıqlarda) olduğu kimi 3 növdən ibarətdir.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər