“Qudvil” anlayışının misalla izahı

“Qudvil” anlayışının misalla izahı

Digər vacib fərqlərdən biri “Qudvil” anlayışının olmasıdır. Əvvəllər mühasibat uçotunda belə bir anlayışdan ümumiyyətlə,istifadə olunmayıb. Sadə şəkildə desək, qudvil hər hansı bir təşkilatın dəyərində yaranan fərqdir. Bildiyiniz kimi istənilən müəssisənin aktivləri, öhdəlikləri və kapitalı var. Aktivlərdən öhdəlikləri çıxdıqda yerdə kapital (və yaxud xalisaktivlər) qalır.

Belə ki, müəssisənin aktivləri satılsa, debitor borcları geri ödənilsə, əldə olunan vəsaitlərdən öhdəliklər, kreditor borcları çıxılsa, yerdə qalan məbləğ artıq həmin müəssisənin kapitalı və yaxud xalis aktivləri olacaq. Bu dəyər məhz həmin müəssisənin faktiki uçot dəyəridir. Amma təcrübədə çox rast gəlirinir ki, müəssisələr bu dəyərdən daha

yüksək dəyərə satılır. Belə dəyərin formalaşmasına təsir edən amillər müxtəlifdir (Bu haqda gələcək nəşrlərimizdə geniş məlumat verməyi planlaşdırırıq). Uçot dəyəri (xalis aktivlər) ilə onun satıla biləcəyi dəyər arasında fərq qudvil adlanır. Qudvil adətən, bir müəssisənin digər müəssisə tərəfindən alınması zamanı yaranır.

Tutaq ki, «AA»» müəssisəsi «VV» müəssisəsinin bütün nizamnamə kapitalına sahib olmaq istəyir. Bunun üçün «AA» müəssisəsi «VV» müəssisəsinin təsisçiləri ilə danışıqlar aparır. Razılıq olur ki, “AA” müəssiəsi 50.000 manat ödəyib «VV» müəssisəsinin bütün paylarını almaqla yeganə təsisçiyə çevrilə bilər. Alqı-satqı anında «VV» müəssisəsinin mühasibat

balansında aşağıakı kimi yazılışlar olub:

CƏMİ:Aktivlər - 150.000 manat

CƏMİ: Öhdəliklər - 120.000 manat

Kapital və ya xalis aktivlər - 30.000 manat

Bizim misalda alıcı müəssisə 50.000 manat ödəyib. Yuxarıda da qeyd etdiyimiz kimi həmin məbləğlə kapital və ya xalis aktivlər arasındakı fərq qudvil olacaq: 50.000 manat - 30.000 manat = 20.000 manat. Deməli, qudvil 20.000 manatdır. «VV» müəssisəsi faktiki öz balans dəyərindən yuxarı qiymətə satılıb. Bu fərq «AA» müəssisəsinin konsalidasiya olunmuş

maliyyə hesablarının tərtib olunması zamanı qudvil kimi uçota alınacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər