Cümə axşamı, 07 Oktyabr 2021 08:19

Hansı halda əmək müqaviləsi, hansı halda xidmət müqaviləsi bağlanılmalıdır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Azərbaycan Respublıkası Prezidentinin 7 may 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda Əmək Məcələsində əmək münasibətləri anlayışına aydınlıq gətirilib:

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Əmək Məcəlləsinə yeni anlayışın əlavə edilməsinində iki məqsəd var. Birincisi, “əmək münasibətləri” anlayışına tam aydınlıq gətirilməsinə nail olunmasıdır. İşçi və işəgötürən arasında yaranan münasibətlərin ifadə edilməsi məqsədilə işlədilən anlayışdan Əmək Məcəlləsində 79 dəfə istifadə olunsa da, son dəyişikliyədək Məcəllədə onun açılışı (tanımı) verilmirdi. Adətən, əmək münasibətlərinin tənzimlənməsində Məcəllə prinsipindən istifadə edən ölkələrin müvafiq qanunvericilik aktlarında bu anlayışın izahı da verilir. Məsələn, qonşu Rusiyanın Əmək Məcəlləsində “əmək münasibətləri” anlayışına aydınlıq gətirilib.

İkincisi, “əmək münasibətləri” anlayışının Məcəlləyə daxil edilməsinin digər, daha vacib məqsədi əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasında fərqlərin müəyyənləşdirilməsi, belə demək mümkünsə, sərhədlərin çəkilməsidir. Bu haqda yeni nəşrimiz olan “Əməyin uçotu: A-dan Z-yə” kitabında geniş məlumat verdiyimiz üçün burada qısa şərhlə kifayətlənəcəyik.

Təsdiq olunan dəyişikliyə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda bu zaman əmək münasibətləri hesab ediləcək.

Məsələn, kredit təşkilatı kredit satışını həyata keçirən şəxslə mülki hüquqi müqavilə imzalasa, bu, qanunazidd sayılacaq. Çünki kredit satışı kredit təşkilatının əsas fəaliyyət sahəsidir, işidir. Bu halda əmək müqaviləsinin bağlanılması mütləq tələbdir.

Başqa bir misal. Topdansatış fəaliyyəti həyata keçirən işəgötürən satış işini həyata keçirən şəxslə xidmət müqaviləsi bağlayıbsa, bu da yanlış hesab ediləcək və əmək müqaviləsinin bağlanılması təmin olunacaq.

Təklif olunan dəyişiklikdə əsas diqqət yetiriləsi məqam işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi olsa da, müddət məsələsi də unudulmayıb. Çünki işəgötürənin əsas işinin (xidmətinin) həyata keçirilməsi müddətsizdir, ən azından fəaliyyətini dayandırana və ya müflis olana qədər daimidir.

Misal üçün, IT mütəxəssisi malların elektron ticarətlə satışını həyata keçirən işəgötürənə sayt hazırlayır. Sayt  işəgötürənin əsas fəaliyyəti ilə bağlıdır, çünki sayt vasitəsilə məhsulların satışını həyata keçirəcək. Ancaq əsas fəaliyyəti deyil. İşəgötürənlə münasibətdə olan mütəxəssisin həyata keçirdiyi işin (xidmətin) müddəti, eyni zamanda xidmət göstərən şəxsin öz əmlakından və öz iş yerindən istifadə edərək bunu həyata keçirməsi qeyd olunan münasibəti əmək yox, mülki münasibət kimi dəyərləndirməyə imkan verir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın