Cümə axşamı, 31 Oktyabr 2019 06:40

Diqqət! Elektron qaimənin göndərilməsində müddətlər dəqiqləşəcək (7-ci yazı)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

Cari Vergi Məcəlləsində elektron qaimə-fakturanın göndərilməsi hansı müddətdə göndərilməsində müəyyən qədər boşluq mövcuddur. Yəni, vergi ödəyicisi malların qarşı tərəfə göndərikdə vəya təhvil verdikdən sonra elektron qaimə-fakturanı necə gün ərzində göndərilməsinin konkret vaxtı Məcəllədə müəyyənləşməyib. Eyni hal, xidmət göstərənlərə aiddir ki,  vergi ödəyicisinin xidmət göstərdiyi halda elektron qaimə-faktura işlərin görülməsini təsdiq edən aktın imzalanma tarixi yoxsa aktdan sonra göndərilməsi konkret qeyd edilib.

Vergi Məcələsinin 71-1-.1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən,  vergi ödəyicisi fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaiməfakturanı aşağıdakı müddətdə təqdim etməlidir:

  • malların təqdim edilməsi - mallar göndərilən vaxt;

Açıqlama: “A” MMC qarşılıqlı razılaşmaya əsasən, 09 yanvar 2020-ci il tarixdə  malı “B” MMC-ə göndərir. Artıq bu zaman elektron qaimə-faktura da həmin tarixdə təqdim olunmalıdır.

  • əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;

Açıqlama: “A” MMC ekspeditor vasitəsiylə mallları 09 yanvar 2020-ci il tarixdə  malı “B” MMC-ə verir.  “A” MMC tərəfindən hansı növ və miqdarda  malların verilməsi “B” MMC-ə malları təhvil verən zaman müəyyən olunur. Yəni, öncədən hər hansı sifariş vəya razılaşma olmayıb. Bu zamanı elektron qaimə-faktura ən  geci 13 yanvar 2020-ci il tarixə kimi yəni 5 gündən gec olmayaraq təqdim olunmalıdır.

  • işlərin görülməsi və xidmətlərin göstərilməsi - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində.

Açıqlama. Fərdi sahibkar  mühasibat xidmətinin görülüb başa çatmasını təsdiq edən akti 14 yanvar 2020-ci il tarixdə “A”MMC-lə imzalayır.  Bu zaman artıq elektron qaimə fakturanın göndərilməsinin ən geci 18 yanvar 2020-ci il tarixə yəni 5 gündən gec olmayaraq təqdim olunmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın