Fuad Heydərlinin təqdimatında: Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur?

Fuad Heydərlinin təqdimatında: Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur?

Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Bəs həmin rüsum və vergilər necə hesablanır?  Vergi tutulan idxalın dəyəri necə müəyyən olunur? Suallara vergilər üzrə böyük mühasib Fuad Heydərli aydınlıq gətirir.

Mallar gömrük sərhəddindən keçəndə onların gömrük dəyəri formalaşdırılır. Malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Gömrük dəyəri formalaşdıqdan sonra gömrük rüsumları və digər haqlar onun üzərinə əlavə olunur və alınan məbləğə ƏDV hesablanır.

Vergi Məcəlləsinin  162.2-ci maddəsində göstərilib ki, bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir.

“İdxalın bir hissəsi kimi sayılan xidmət” dedikdə, ixracatçının malların idxalına yardımçı xarakter daşıyan işlər görməsi və ya xidmətlər göstərməsi başa düşülür. Qeyd olunanlarla bağlı bir misala baxaq:

Misal 1: “BB” MMC Çindən 20.000 ABŞ dolları məbləğində mal alır. Gömrük orqanları gömrük dəyərini qanunvericiliyin imkan verdiyi alternativ üsulla hesablayır və iddia edir ki, malların dəyəri 20.000 ABŞ dolları deyil, 22.000 ABŞ dollarıdır. Hesab edək ki, vergi ödəyicisi əlavə olaraq 3.000 dollar daşınma xərci çəkib. Deməli, malların gömrük dəyəri 25.000 dollar (22000 + 3000) təşkil edəcək. Malların alınmasını təsdiq edən sənəd kimi 20.000 ABŞ dolları invoys təqdim olunmasına baxmayaraq, gömrük orqanları gömrük dəyərini özü müəyyənləşdirir. Gömrük orqanları malın gömrük dəyərini artırdığı üçün həmin məbləğə hesablanan əlavə dəyər vergisi də artır.

Fərz edək ki, gətirilən mallar üzrə gömrük rüsumu dərəcəsi 15%-dir. Bu faiz məbləği dəyişkəndir və hər mal üzrə fərqli faiz dərəcəsi tətbiq oluna bilər. Gömrük orqanının tətbiq etdiyi gömrük rüsumu dərəcələrini bilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarı ilə təsdiq olunan “Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası, İdxal Gömrük Rüsumlarının Dərəcələri Və İxrac Gömrük Rüsumlarının Dərəcələri”nə baxa bilərik. Mərkəzi Bankın rəsmi məzənnəsini 1 ABŞ dolları  = 1,70 manat kimi qəbul etsək, qeyd etdiyimiz məbləğlər əsasında idxal zamanı gömrük rüsumunun və ƏDV-nin hesablanmasına baxaq:

  • Malların gömrük dəyəri – 25000 x 1,7 = 42500 manat;
  • Malların gömrük rüsümü - 42500 x 15 % = 6375 manat;
  • ƏDV hesablanacaq gömrük dəyəri - 42500 + 6375 = 48875 manat;
  • ƏDV məbləği - 48875 x 18% = 8797.5 manat.

Əlavə olaraq qeyd edək ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Yəni, yuxarıda malların invoys dəyərinin 20.000 ABŞ dolları olmasına baxmayaraq, gömrük orqanının iddiasına əsasən malların dəyərinin 22.000 dollar kimi qəbul edilməsi, gömrük orqanının məqsədləri üçün istifadə olunur. Vergi ödəyicisi öz uçotunu faktiki invoys dəyəri (20.000 dollar) üzərindən aparmalıdır.

Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:

  1. Malların sövdələşmə qiyməti ilə;
  2. Eyni malların sövdələşmə qiyməti ilə;
  3. Eynicinsli malların sövdələşmə qiyməti ilə;
  4. Dəyərin çıxılması üsulu ilə;
  5. Dəyərin toplanması üsulu ilə;
  6. Ehtiyat üsulu ilə.

Bunlardan əsas istifadə olunan üsul malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi üsuludur. Bu üsulu istifadə etmək mümkün olmadıqda, gömrük orqanı ardıcıl olaraq digər üsullardan istifadə edir.

Misal 2: Vergi ödəyicisi 2.000 ABŞ dolları dəyərində mal (A malı 1.200 ABŞ dolları və B malı 800 ABŞ dolları) alır. Lakin hər mal üzrə fərqli gömrük rüsumu dərəcəsi müəyyən edilib. Belə ki, A malı üzrə 15%, B malı üzrə 5% gömrük rüsumu tətbiq ediləcəkdir. Bu zaman gömrük rüsumları ayrı-ayrılıqda hesablanacaq:

  • Malların gömrük dəyəri - 2000 x 1,7 = 3400 manat ( A malı - 1200 x 1,7 = 2040 manat, B malı - 800 x 1,7 = 1360 manat);
  • Malların cəmi gömrük rüsümü - 374 manat
  • A malı- 2040 x 15 % = 306 manat;
  • B malı- 1360 x 5 % = 68 manat.
  • ƏDV hesablanacaq gömrük dəyəri- 3400 + 374 = 3774 manat;
  • ƏDV məbləği- 3774 x 18% = 679.32 manat.

Yuxarıda qeyd etdiyimiz kimi, hər mal üzrə gömrük rüsumu dərəcələsi fərqli ola bilər. Bu zaman hər mal üzrə ayrı-ayrılıqda gömrük rüsumu hesablanır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər