İNQİLABİ DƏYİŞİKLİK! Xəstəlik vərəqi üzrə müavinətlərin hesablanması artıq ƏMAS altsistemi üzərindən həyata keçiriləcək (1-Cİ YAZI)

İNQİLABİ DƏYİŞİKLİK! Xəstəlik vərəqi üzrə müavinətlərin hesablanması artıq ƏMAS altsistemi üzərindən həyata keçiriləcək (1-Cİ YAZI)

Kağız formada hazırlanmış əmrlər və protokollar isə tarixin yaddaşına köçür

Növbəti onlayn tematik təlimimiz 7 fevral 2026-cı il (şənbə), saat 10:00-da “Əmək Məcəlləsində dəyişikliklərin tətbiqi: yanlış anlaşılmalar və ƏMAS altsistemində yeniliklər” mövzusunda keçiriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) və  mksacademy2022@gmail.com vasitəsilə əlaqə saxlamaq kifayətdir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 30 yanvar 2026-cı il tarixli, 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib.

MKS Academy ekspertləri Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi Əsasnamədəki yenilikləri izah edir:

"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi" Qaydasının 3.1-ci maddəsinə əsasən, sığortaolunanlara hamiləliyə və doğuma görə müavinət yalnız işəgötürən tərəfindən MEİS-in “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş sosial məzuniyyət əmri əsasında veriləcək. ƏMAS altsistemində sosial məzuniyyət əmri hazırlanması sosial məzuniyyətin hesablanmasının ilkin mərhələsi olacaq. İşçiyə verilən elektron xəstəlik vərəqəsi Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) ötürüləcək. Son dəyişikliklərə görə, işəgötürən artıq sosial məzuniyyət əmri və müavinət komissiyasının protokolu kimi kağız sənədləri Dövlət Sosial Müdafiə Fonduna təqdim etməyəcək. Yəni, işəgötürən tərəfindən kağız formada əmr və müavinət komissiyasının protokolunun hazırlanması tələbi ləğv edilir.  Qaydaların tələblərindən göründüyü kimi, hamiləliyə və doğuma görə müavinəti üzrə rəsmiləşdirilmə prosesi tam olaraq elektronlaşdırılacaq.

Yaxın günlərdə dərc olunacaq “Əmək Məcəlləsi 2026” kitabında Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi dəyişikliklər və xəstəlik vərəqəsi ilə bağlı yeniliklər ətraflı izah olunacaq. Kitabı sifariş etmək üçün 050-368-12-72 (WhatsApp aktivdir) və ya mksacademy2022@gmail.com ilə əlaqə saxlamaq kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın