İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

Satışı davam edən "Vergi Məcəlləsi 2026" (son dəyişikliklərin izahı) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də işçinin işlədiyi dövrdə və ya əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilən kompensasiyalar üzrə gəlir vergisinin hesablanmasıdır.
Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illəri üzrə kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən, cari iş ili üzrə istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya məbləği ödəniş aparılan ayın əməkhaqqısına əlavə edilmədən ayrıca fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.
Eyni zamanda, gəlir vergisinin hesablanması məqsədilə hər bir iş ili üzrə ayrıca hesablanmış kompensasiya məbləğindən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat güzəşt çıxılır.
Qeyd edək ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta haqları üzrə vahid bəyannamə”də istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğləri ayrıca sətirlər üzrə əks etdirilir.
Mİsal. Əsas iş yerində çalışan işçinin 2026-cı ilin aprel ayında aylıq əməkhaqqısı 2 000 manat təşkil etmişdir. İşəgötürənin qərarına əsasən, işçi üzrə son iki iş ili üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya hesablanmışdır.
Cari iş ili üzrə kompensasiya məbləği – 1 800 manat;
Əvvəlki iş ili üzrə kompensasiya məbləği – 1 100 manat.
Bu halda işçinin gəlir vergisi üzrə hesablamalar aşağıdakı kimi aparılır:
Əməkhaqqı üzrə: (2 000 manat – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən güzəşt)) × 3 faiz = 54 manat
Cari iş ili üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya:
(1 800 manat – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən güzəşt)) × 3 faiz = 48 manat
Əvvəlki iş ili üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya: (1 100 manat – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən güzəşt)) × 3 faiz = 27 manat
Göründüyü kimi, işçinin aprel ayı üzrə gəlir vergisi hesablanarkən istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya məbləğləri əməkhaqqısından ayrıca hesablanmışdır.
Mümkündür ki, istifadə edilməmiş məzuniyyətə görə ödənilən kompensasiya hesablanan işçi sosial kateqoriyaya aid olsun və bu əsasla gəlir vergisi üzrə güzəşt hüququna malik olsun. Fikrimizcə, müharibə veteranı olan işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablandığı halda, onun müharibə veteranı statusuna görə Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulan 400 manatlıq gəlir vergisi güzəşti də ayrıca qaydada tətbiq edilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər