Nazirlər Kabinetindən QƏRAR: 8 gün ardıcıl qeyrı-iş günü olacaq

Nazirlər Kabinetindən QƏRAR: 8 gün ardıcıl qeyrı-iş günü olacaq

23-30 may tarixləri - 8 gün qeyri-iş günü olacaq. Qərarı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov verib. Qərarda aşağıdakılar qeyd edilir:

"1. Azərbaycan Respublikasının ərazisində:
1.1. iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilsin;
1.2. xüsusi karantin dövründə xüsusi i ş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may
tarixləri qeyri-iş günləri müəyyən edilsin.
2. Müəyyən edilsin ki:

2.1. bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır;
2.2. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda

 

0 Komment

    Şərh yazın

    Xəbərlər