Nicat İmanov: "Yeni təklif edilən rejim kifayət qədər aşağı, sahibkarların marağını və işçilərin hüquqlarını dəstələyəcək həddədir"

Nicat İmanov: "Yeni təklif edilən rejim kifayət qədər aşağı, sahibkarların marağını və işçilərin hüquqlarını dəstələyəcək həddədir"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi: "Əlbəttə, mərhələli keçid və aşağı dərəcəli daimi vergi rejimi tətbiq edilməsəydi, əmək gəlirləri üzərində yaranan fiskal yük əmək münasibətlərinin “kölgə”yə çəkilməsinə səbəb olardı."

Vergi Məcəlləsində dəyişikliklərin iqtisadi əsaslarını, gözlənilən təsirlərini və sahibkarlıq mühitinə gətirəcəyi yenilikləri aydınlaşdırmaq məqsədilə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovdan müsahibə alıb:

- Növbəti ildən muzdlu şəxslərin əməkhaqqı gəlirləri üzrə yeni vergi yanaşmasının tətbiqinin əsas arqumentləri və riskləri nələrdir?

- Əvvəlcə bu islahatın qısa mahiyyətini xatırlatmaq istəyirəm. Bildiyiniz kimi, 1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.

Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması ilə işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşmasına nail olmaq idi. Bununla belə islahatın mühüm xüsusiyyəti onun multiplikativ effektində idi. Bu islahatla əmək haqqı fondunun böyüməsi və sosial sığorta yığımlarının artması, işçilərin gələcək pensiya təminatı üçün real maliyyə bazasının formalaşması (pensiya kapitalının həcminin artması), əhalinin leqal və daha yüksək əmək haqları ilə banklardan kredit almaq imkanlarının genişlənməsi də əsas hədəflərə daxil idi. Həmçinin güzəştlər ölkədə nağdsız əməliyyatların həcminin əhəmiyyətli dərəcədə böyüməsinə də mühüm töhfə verib.

İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 481,4 min vahid və ya 89,2% artaraq 2025-ci ilin noyabr ayının 1-nə 1 milyonu keçib və cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib.

Həmçinin 2018-ci illə müqayisədə 2024-cü ildə cəmi əmək haqqı fondu 2,5 dəfə, o cümlədən qeyri-neft özəl sektor üzrə 2,7 dəfə, cəmi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma 2,5 dəfə, o cümlədən qeyri-büdcə sektoru üzrə 2,6 dəfə artıb. Digər mühüm məqam Dövlət Sosial Müdafiə Fondunun ümumi gəlirlərində büdcə öhdəliklərinin (transfert) xüsusi çəkisi 35,6%-dən 17,5%-dək azalıb.

Qeyd olunmalıdır ki, müvafiq güzəştin tətbiqi özəl sektorda əmək münasibətlərinin və iş yerlərinin rəsmiləşdirilməsinə, “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına, habelə sahibkarların vergi yükünə müsbət təsir göstərməklə qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfə verib.

İslahatın nəticəsində əmək müqaviləsi ilə işləyən şəxslərin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib, indi isə bu islahatların nəticələrinin qorunması və əmək gəlirləri üzrə “ağarma” imkanlarının dəstəklənməsinin davam etdirilməsi dayanır. Bu məqsədlə müvafiq sahədə diferensial yanaşma əsasında, mərhələli və yumşaq keçidlə vergi və sığorta haqlarının tətbiq mexanizminin formalaşdırılması nəzərdə tutulur.

Əlbəttə, mərhələli keçid və aşağı dərəcəli daimi vergi rejimi tətbiq edilməsəydi, əmək gəlirləri üzərində yaranan fiskal yük əmək münasibətlərinin “kölgə”yə çəkilməsinə səbəb olardı. Hesab edirik ki,  yeni təklif edilən rejim kifayət qədər aşağı, sahibkarların marağını və işçilərin hüquqlarını dəstələyəcək həddədir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər