Digər misal. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən məzuniyyətdə olan müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, 79-cu maddənin tələbləri Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
Maraqlıdır ki, məzuniyyətdə olan işçini öz xahişi ilə işdən azad etmək olar?
Fikrimizcə, Əmək Məcəlləsinin 79-cu maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam hallarını (sınaq müddətinin bitməsi, əmək funksiyasının pozulması və s.) tənzimləyir. O səbəbdən də, işçinin hüququ çatır ki, məzuniyyətdə dövründə işdən çıxma haqqında ərizəsini təqdim etsin.
Misal. İşçi 10 oktyabr 2020-ci il tarixdən 30 günlük məzuniyyətə çıxır. İşçi 20 oktyabr 2020-ci il tarixdə işdən çıxma haqqında ərizə yazaraq 30 oktyabr 2020-ci il tarixdən işdən azad olunmasını işəgötürəndən xahiş edir. İşəgötürənin razılığı olarsa, işçinin 30 oktyabr 2020-ci il tarixdə işdən çıxması rəsmiləşdirilə bilər. Bu halda işçi 30 oktyabr 2020-ci il tarixdə son haqq-hesab rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün işə çıxmalıdır.
2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.