Yeni tələb! İşçi sayı 50-dən az olduqda SƏTƏM mütəxəssisi işə qəbul olunmalıdır? (4-cü yazı)
"MKS Academy” olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin şərhinə dair silsilə yazılarımızı təqdim etməkdə davam edirik.
“MKS Academy”nin təşkil etdiyi növbəti tematik təlim 13 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi” mövzusunda baş tutacaq təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatlarında olacaq. Təlim saat 14:00–18:00 aralığında keçiriləcək. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi ilə və ya mksacademy2022@gmail.com elektron poçtu vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Xəbər verdiyimiz kimi, Əmək Məcəlləsinə geniş həcmli dəyişiklik paketi artıq Milli Məclisdə müzakirəyə çıxarılıb. “MKS Academy” olaraq həmin dəyişikliklərin izahına dair yazılarımızı təqdim etməkdə davam edirik.
Bu dəfəki – yəni dördüncü yazımız – əməyin mühafizəsi ilə bağlı olan Əmək Məcəlləsinin 223-cü maddəsinə həsr olunub. Mövcud qanunvericiliyə görə, 223-cü maddənin ikinci hissəsinə əsasən:
- işçilərinin sayı 50 nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi;
- işçilərinin sayı 500 nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir.
Lakin sual yaranır: İşçi sayı 50-dən az olan müəssisələrdə SƏTƏM mütəxəssisinə ehtiyac yaranmırmı?
Məhz bu boşluğun aradan qaldırılması üçün Əmək Məcəlləsinin 223-cü maddəsinə yeni 2-1-ci bəndin əlavə edilməsi təklif olunur. Həmin bəndə əsasən:
- işçilərinin sayı 50 nəfərdən az olan müəssisələrdə əməyin mühafizəsi işinin təşkili, işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə, əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilə bilər;
- bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilməlidir.
Təklif edilən dəyişiklikdən göründüyü kimi, işəgötürən əvvəlcə müəssisə daxilində əməyin mühafizəsi üzrə bilikləri olan bir işçiyə bu funksiyanı həvalə edə bilər. Lakin belə bir işçi yoxdursa və ya bu vəzifəni icra etmək mümkün deyilsə, işçi sayı 50-dən az olsa belə, SƏTƏM mütəxəssisi işə qəbul olunmalıdır.
Qeyd edək ki, 13 dekabr 2025-ci il tarixində “MKS Academy” tərəfindən keçiriləcək “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi” mövzusunda tematik təlimdə bu və digər dəyişikliklər barədə ətraflı məlumat təqdim olunacaq. İştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsinə və ya mksacademy2022@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.
%20(1).jpg)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın