Çərşənbə axşamı, 09 Fevral 2021 05:22

Konsaltinq xidməti göstərən vergi ödəyicisi hansı halda NKA aparatı quraşdırmalıdır?

Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Təcrübədə rast gəlinir ki, bəzi bərbər və dərzi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə həyata keçirirlər. Qeyd edək ki, qanunvericilikdə xidmət sektorunda fəaliyyət göstərənlərin nəzarət –kassa aparatından istifadəsinin məcburiliyi nəzərdə tutulmayıb. Nəzarət kassa aparatlarından istifadə pərakəndə ticarət və ictimai iaşə müəssisələri üçün nəzərdə tutulduğu üçün xidmət sektoru üçün belə incə məqamlara diqqət yetirmək lazımdır.

Mİsal 1. Xidmət sektorunda fəaliyyət göstərən vergi ödəyicisi maşınların təmiri xidmətini göstərir. Vergi ödəyicisi xidmət göstərdiyi müştərilərə təklif edir ki, əlavə ödəniş etməkə maşın yağlarından istifadə edə bilərlər. Bu halda vergi ödəyicisi xidmətə əlavə olaraq maşın yağının satışını həyata keçirsə də, həmin əməliyyat xidmətin tərkibində olduğu üçün pərakəndə satış fəaliyyəti hesab edilmir.

Mİsal 2. Konsaltinq xidməti göstərən vergi ödəyicisi əlavə olaraq mühasibatlıq və hüquq sahəsində kitabların satışını həyata keçirir. Vergi ödəyicisinin kitab satışı pərakəndə ticarət fəaliyyəti olduğu üçün nəzarət kassa-aparatından istifadə etmək onun vəzifəsidir.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın