Kənd təsərrüffatı ilə məşğul olana VÖEN mütləqdir?

Kənd təsərrüffatı ilə məşğul olana VÖEN mütləqdir?

Sual: 1. Bilmək istərdik ki, kənd təsərrüfatı təyinatlı (heyvandarlıq, əkinçilik, həyətyanı təsərrüfat və.s) kreditlər verilərkən fiziki şəxslərin VÖEN və müvafiq bankda sahibkar hesabının açılması tələb olunurmu? 
2. Rayon yerlərində bazar daxilində xırda ticarətlə (pal-paltar, müxtəlif əşyalar, süd məhsulları, göy-göyərti, toyuq-cücə satışı və.s) məşqul olan şəxslərə və ya şəxslər qrupuna mikrokreditlər verilərkən həmin şəxslərdən VÖEN və bankda sahibkar hesabı tələb olunurmu?

Ramin Nəcəfzadə (23.05.2018) (Oxunub: 24 dəfə, ID: 17039)

1 və 2. Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan hər 2 hal sahibkarlıq fəaliyyəti hesab olunduğundan belə fəaliyyətlə məşğul olan şəxslər vergi uçotuna durmalı, bu fəaliyyət çərçivəsində istifadə edəcəkləri bank hesabının açılması üçün vergi orqanına ərizə ilə müraciət edərək şəhadətnamə-dublikat almalı və yalnız onun əsasında bank hesabı açmalıdırlar.

Bax: Vergi Məcəlləsinin 13.2.37-ci, 34.1-ci və 35.1-ci maddələri.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər