Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Elektron alış aktı ilə bağlı 4 vacib məqam

  • Əsas səhifə
  • Təlimlər
  • 0 Komment
  • 04 May 2023

Elektron alış aktı ilə bağlı 4 vacib məqam

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 nömrəli Qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nı təsdiq edilib.
Həmin qaydalardan bəzi vacib məqamları qeyd edirik. 
Birinci məqam. Elektron alış aktının nömrələnməsi proqram təminatı tərəfindən həyata keçirilir. Qaydaların 2.4-cü maddəsində qeyd edilir ki, elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi proqram tərəfindən avtomatik generasiya olunur.
İkinci məqam. Elektron alış aktını öncəki tarixlər üzrə hazırlamaq mümkün olmur. Qaydaların 2.6-cı bəndinə əsasən, elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır.
Üçüncü məqam. Elektron alış aktında malın adının dəqiq qeyd edilməsi mütləq tələbdir. Qaydaların 2.9-cu maddəsində qeyd edilir ki, elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir. Bir məsələni qeyd edək ki, elektron qaimə-fakturada olduğu kimi  malların adlarının daxil edilməsi zamanı fəaliyyət kodundan istifadə edilir.  Misal üçün, vətəndaşdan fındıq və şabalıd məhsulları aldıqda malın adını kənd təsərrüfatı məhsulu kimi qeyd etmək qaydalara ziddir.
Vergi ödəyicisi “Malların alış aktı”nda məlumatları əllə daxil etsə də, elektron qaimə-fakturada təqdim edilən fəaliyyət kodları üzrə seçim edir. Amma vergi ödəyicisi findiq və ya şabalıd alırsa, daxil etdiyi məlumatlarda “kənd təsərrüfatı məhsulları” kimi ifadədən istifadə etməsi qaydalara ziddir.
Dördüncü məqam əməliyyat üzrə düzəlişlərin həyata keçirilməsi ilə bağlıdır. Qaydaların 3.6-cı maddəsinə əsasən, əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “Əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş zamanı elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “İlkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş zamanı elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    20 İyul 202615:30

    YENİ TƏLƏB! ƏMAS Platformasında bu halda hazırladığınız müqavilələr avtomatik LƏĞV EDİLƏCƏK

    08 İyul 202615:29

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi

    31 İyul 202609:44

    ƏMAS Platformasında Növbəti Yenilik: İşçilərin Əmək Müqaviləsinə Xitamla Bağlı Məhdudiyyət (III yazı)

    22 İyul 202617:04

    ƏMAS-da yenilik: Kağız ezamiyyə vərəqələrinə son

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS Platformasında Növbəti Yenilik: İşçilərin Əmək Müqaviləsinə Xitamla Bağlı Məhdudiyyət (III yazı).

    • 31 İyul 2026

    Məqalələr

    ƏMAS Platformasında YENİLİK! Xitam əmri ilə bağlı 3 gün sistem bildirişi (II yazı).

    • 30 İyul 2026

    Məqalələr

    ƏMAS Platformasında YENİLİK! Xitam əmrində QR-kod tətbiq olunacaq (I yazı).

    • 30 İyul 2026

    Kitablar

    "Əməyin uçotu: A-dan Z-yə" V nəşr kitabını əldə etmək istəyənlər üçün xəbər.

    • 26 İyul 2026

    Sosial

    Dövlət qurumundan xəbərdarlıq: 48 saat ərzində imzalanmayan əmək müqaviləsi ləğv olunacaq.

    • 24 İyul 2026

    Sosial

    ƏMAS-da yenilik: Kağız ezamiyyə vərəqələrinə son.

    • 22 İyul 2026

    Məqalələr

    YENİ TƏLƏB! ƏMAS Platformasında bu halda hazırladığınız müqavilələr avtomatik LƏĞV EDİLƏCƏK.

    • 20 İyul 2026

    Sosial

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi.

    • 08 İyul 2026

    Vergi işi

    ŞAD XƏBƏR! ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləciyik.

    • 01 İyul 2026

    Məqalələr

    ƏLA XƏBƏR! Artıq işçilərinizin neçə gün əsas və əlavə əmək məzuniyyətinə malik olduğu ƏMAS Platformasında siyahı şəklində təqdim edilir.

    • 24 İyun 2026

    Məqalələr

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir.

    • 23 İyun 2026

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur