AKTUAL CAVAB: Vergi ödəyicisi 10 sayda elektron qaimə-fakturaya görə eyni şəxsə ödəniş etdikdə proses necə tənzimlənməlidir?

AKTUAL CAVAB: Vergi ödəyicisi 10 sayda elektron qaimə-fakturaya görə eyni şəxsə ödəniş etdikdə proses necə tənzimlənməlidir?

Satışına START verilən “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabından seçmə

Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsinin ödəniş tapşırığında qeyd edilməlidir. Maddədə ilk diqqət yetiriləsi məqam “müntəzəm və daimi əsaslar” məfhumudur. Təcrübəli həmkarlarımız xatırlayırlar ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədən düşən 166.3-cü maddəsində xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi qeyd edilmişdi. Maraqlıdır ki, hansı hallarda müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılmasına şamil edilirdi. Məcəllədə hansı halların “müntəzəm və daimi əsaslar”a aid edilməsi qeyd olunmasa da, fikrimizcə aşağıdakı halları həmin anlayışa aid etmək olar.

Mİsal 1. Vergi ödəyicisi “Əla” supermarketlə bağladığı 1 illik müqaviləyə əsasən, həmin obyekti süd məhsulları ilə təmin edir. 2022-ci ilin fevral ayı ərzində vergi ödəyicisi 10 sayda elektron qaimə-faktura üzrə malları vergi ödəyicisinə təqdim edib. Market qarşı tərəfə ödəniş etdikdə, 10 sayda elektron qaimə-fakturanın göstəricilərini deyil, sadəcə tərəflər arasında imzalanan müqavilənin məlumatlarını qeyd edib. Bu, artıq qanunvericiliyə uyğundur. Təbii ki, malları təqdim edən vergi ödəyicisi də, göndərdiyi elektron qaimə-fakturada müqavilənin göstəricilərini qeyd etməlidir.

Mİsal 2. Vergi ödəyicisi “Caspi” biznes mərkəzi ilə bağladığı müqaviləyə əsasən, onun konfrans zalından müntəzəm olaraq istifadə edir. Vergi ödəyicisi 2022-ci ilin aprel ayında 4 dəfə tədbir keçirdiyi üçün, qarşı tərəf ona 4 sayda elektron qaimə-faktura təqdim edir. Bu zaman vergi ödəyicisi ödəniş həyata keçirdikdə, elektron qaimə-fakturaları yox, müqavilənin tarixini qeyd edə bilər.

Mİsal 3. Vergi ödəyicisi qarşı tərəflə bağladığı müqaviləyə əsasən, müntəzəm olaraq mühasibatlıq xidmətləri əldə edir. Mühasibatlıq xidmətləri həyata keçirən şəxs fevral və mart aylarında elektron qaimə-faktura təqdim edib. Vergi ödəyicisi iki ay üzrə mühasibatlıq xidmətinin haqqını ödədiyi halda, müqavilədəki yox, elektron qaimə-fakturadakı məlumatı qeyd etməlidir. Çünki Vergi Məcəlləsinin müvafiq maddəsində təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılması qeyd edilib.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər