Çərşənbə, 08 Dekabr 2021 11:15

Vergi ödəyicisinin bir neçə bankda hesab olursa, vergi sərəncamı necə tənzimlənir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Təcrübədə rast gəlinən anlaşılmazlıqlardan biri də, vergi ödəyicisinin bir neçə bank və ya kredit təşkilatında hesablarının olmasıdır. Vergi Məcəlləsinin 65.8-ci maddəsinə əsasən, vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Maddədən göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin şəhadətnamə-dublikat əsasında açılan bütün hesablarına sərəncam göndərir. Nəzərə alaq ki, vergi orqanı sərəncam göndərilən tarixdə vergi ödəyicisinin bank hesabları haqqında məlumata malik olmur. Bir məsələni qeyd edək ki, fərdi sahibkar və ya hüquqi şəxsin rəhbəri olan şəxsin hər hansı bankda şəxsi hesabı varsa, vergi orqanı həmin hesaba icra sənədi göndərmir.

Mİsal.  Vergi ödəyicisi “A”, “B” və “C” banklarının hər birində manat, dollar və avro üzrə hesablara malikdir. Vergi ödəyicisinin borcu yarandıqda vergi orqanı avtomatik olaraq 9 hesab üzrə sərəncam göndərəcək. Bəzi hallarda vergi ödəyicisi sərəncamın icrası ilə bağlı bir bankın sənədini digər banklara təqdim edir ki, onlar sərəncamlarının icrasını dayandırsın. Amma vergi ödəyicisinin hər üç bank hesabında vəsaiti olduqda, o zaman banklar məsuliyyətə cəlb olunmamaq üçün icra tapşırığını yerinə yetirirlər. 

İcra üzrə vəsaitin tam olaraq ödənilməsi haqqında məlumat vergi ödəyicisinin şəxsi vərəqəsinə işlənildikdən sonra vergi orqanı digər banklardakı sərəncamların geri cağrılması haqqında qərar verir. Amma nəzərə almaq lazımdır ki, vergi ödəyicisi ödənişlərinin şəxsi vərəqəyə işlənilməsi orta hesabla 2 iş günü çəkir. O səbəbdən də, vergi ödəyicisinin birdən çox bankda hesabı olduqda, o, sərəncamlar üzrə iş prosesini diqqətdə saxlamalıdır ki, bəyan etdiyi vergi öhdəliyi üzrə gecikmə yaranmasın. Çünki vergi ödəyicisinin bəyan etdiyi vergi borclarının alınması üçün vergi orqanı tərəfindən icra sərəncamı göndərilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın