Bazar ertəsi, 06 Dekabr 2021 11:19

Vergi ödəyicisi bəzi malları sənədləşdirmədən təqdim edərsə, riskli vergi ödəyicisi hesab edilə bilər?

Satışı yekunlaşmaqda olan “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın üçüncü hissəsinin e) bəndinə əsasən, vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə riskli vergi ödəyicisi hesab edilə bilər.

Bənddən göründüyü kimi, bu halda vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmamasını təyin etmək üçün vergi nəzarəti tədbirləri həyata keçirilməlidir. Əgər söhbət malların aşkar olunmasından gedirsə, bu halda operativ vergi nəzarəti və ya səyyar vergi yoxlamaları aparılmalıdır.

Mİsal.  Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri zamanı məlum olur ki,  vergi ödəyicisinin sənədlərinə əsasən, o, tikinti materiallarının satışını həyata keçirsə də, sənədlər əsasında geyim malları da təqdim edib. Bu halda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab oluna bilər. Burda bir məqama diqqət yetirmək lazımdır ki, vergi orqanının həmin malların vergi ödəyicisinin sahibliyində müəyyən etməsi onun riskli vergi ödəyici olması anlamına gəlmir. Amma 10 000 manatlıq geyim malları alarsa, ancaq sahibliyində daha az məbləğdə mal olarsa və təqdimetmə rəsmiləşdirilməzsə, o halda vergi ödəyicisi riskli vergi ödəyicisi meyarlarına uyğun gəlir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 58-ci maddəsində sənədləşdirilməyən malların təqdim olunmasına görə maliyyə sanksiyası da nəzərdə tutulub.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın