Cümə axşamı, 25 Noyabr 2021 06:48

Teymur Tuncayın təqdimatında: Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması

Növbəti ildən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması mexanizminin (borcun ödənilməsinə möhlət verilməsi) əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. 

Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş əlavə və dəyişiklikləri sadə və anşılan olması baxımından sual və cavablar şəklində əhatə etməyə çalışmışam.
Sual: Hansı hallarda borcun ödənilməsinə möhlət verilməsi nəzərdə tutulmuşdur?
Cavab:
- təbii fəlakət , təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində - vergi ödəyicisinə zərər dəydikdə:
- vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda;
- dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə;
- vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə.
Sual: Vergi öhdəliyinin icra edilməsinə hansı müddətdə möhlətin verilməsi nəzərdə tutulmuşdur?
Cavab:
- borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;
- vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi. Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.
Qeyd: Vergi öhdəliyinin icra edilməsinə möhlət verilməsi üçün nəzərdə tutulmuş sənədləri qeyd etmədən öncə vurğulamaq lazımdır ki, borc məbləği və sahibkarlıq subyektinin hansı meyara cavab verməsindən, habelə vergi öhdəliyinin müddətinin uzadılmasına əsas verən haldan asılı olaraq tələb olunan sənədlər dəyişilə bilər. Sahibkarlıq subyektlərinin meyarları üzrə borc məbləğinin intervalı aşağıdakı kimi nəzərdə tutulmuşdur:

Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyiciləri üzrə: 2000 manatdan 20000 manatadək;
Orta sahibkarlıq subyekti olan vergi ödəyiciləri üzrə: 20000 manatdan 100000 manatadək;
İri sahibkarlıq subyektləri üzrə: 100000 manatdan 300000 manatadək.
Sual: Borcun ödənilməsinə möhlət verilərkən vergi ödəyicisindən hansı sənədlərin tələb edilməsi nəzərdə tutulmuşdur?

Cavab:

a) Borcun məbləği qeyd olunan interval daxilindədirsə
- vergi orqanına yazılı müraciət;
- vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı barədə arayış;
- debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği barədə arayış;
- son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayış
- möhlətin verilməsi üçün müraciət təbii fəlakət və s. ilə bağlıdırsa bu barədə müvafiq dövlət orqanlarının arayışları.
b) Borcun məbləği qeyd olunan intervalın yuxarı həddindən çoxdursa sadalanan sənədlərə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir:
- bank zəmanəti;
- zaminlik müqaviləsi;
- girov müqaviləsi;
- vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar və daşınmaz əmlakının siyahıya alınmasına dair yazılı razılıq.
Qeyd: Dövlət satınalmaları ilə bağlı vergi ödəyicisinin dövlət sifarişi üzrə sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə borcun məbləğindən asılı olmayararaq yazılı müraciətə yalnız vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği, habelə son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayışlar əlavə edilir.
Sual: Hansı halarda borcun ödənilməsinə möhlət verilə bilməz?
Cavab: vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;
- vergi ödəyicisi riskli vergi ödəyicisi olduqda;
- vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;
- vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müəyyən edilmiş məbləğlərin aşağı həddindən az olduqda
- möhlətin üçün əsas dövlət satınalmaları üzrə arayış və ya mövsümi fəaliyyət olduqda müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olduğu müddət 3 ildən az olduqda
Sual: Vergi öhdəliyinin müddətinin uzadılması barədə müraciətə hansı qaydada baxılması nəzərdə tutulmuşdur?
Cavab: Sənədlərin daxil olduğu tarixdən 30 gün müddətində vergi orqanında vergi ödəyicisinin müraciətinə baxılır və vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması və ya vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edilir.
Sual: Vergi öhdəliyinin müddətinin uzadılmasına hansı hallarda xitam verilə bilər?
Cavab: vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;
- vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;
- vergi ödəyicisi riskli vergi ödəyicisi olduqda;
- vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;
- vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə.
Sual: Vergi öhdəliyinin müddətinin uzadılmasına xitam verildikdə borc hansı qaydada dövlət büdcəsinə alınacaqdır?
Cavab: Ümumi qaydada və vergi ödəyicisinin tərəfindən təqdim edilmiş təminatlar (girov, zaminlik və s.) hesabına.
Sual: Vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda həmin borca görə faizlər hesablanırmı?
Cavab: Müraciət edilmə tarixindən və müddətin uzadıldığı dövr ərzində faizlər hesablanmır.
Sual: Vergi orqanının qərarı ilə vergi borcunun ödənilməsinə möhlət verilən dövr ərzində vergi ödəyicisinin yeni vergi borcu yarandığı halda həmin vergi borcu hansı qaydada ödənilir?
Cavab: Vergi Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada dövlət büdcəsinə ödənilir.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”


Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!

Tarix: 04 dekabr 2021-ci il, saat 15:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın