Bəyan edilməyən vergiyə görə maliyyə sanksiyası tətbiq edilir?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi orqanları tərəfindən ən çox tətbiq edilən cərimə Vergi Məcəlləsinin 58.1-ci maddəsi üzrə olan maliyyə sanksiyasıdır. Maddə ilə bağlı halları misallarla izah edək.
Mİsal 1. Vergi ödəyicisi 2019-cu il bəyannaməsində 3000 manat məbləğində mənfəət (gəlir) vergisi bəyan edib. Səyyar vergi yoxlaması zamanı vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinin həmin il üzrə mənfəət (gəlir) vergisinin 4200 manat təşkil etdiyini aşkarlayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsi 1200 manat (4200 manat – 3000 manat) vergini bərpa etməklə, vergi ödəyicisinə 600 manat (1200 manat x 50 faiz) maliyyə sanksiyası hesablayır və borc yarandığı halda faiz hesablanmağa başlanır.
Mİsal 2. Vergi orqanının vəzifəli şəxsi müəyyən edir ki, vergi ödəyicisi 2019-cu il üzrə 4200 manat məbləğində torpaq vergisini bəyan etməyib. Bu halda da vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2100 manat (4200 manat x 50 faiz), həmçinin bəyannaməni təqdim etmədiyi üçün 40 manat məbləğində maliyyə sanksiyası hesablanacaq. Təbii ki, vergi ödəyicisinin yaranan borclarına görə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq faiz hesablanması həyata keçiriləcək.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”
Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!
Tarix: 04 dekabr 2021-ci il, saat 15:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya