Çərşənbə axşamı, 19 Oktyabr 2021 06:35

Anar Bayramovun təqdimatında: Gəlirlərin və xərclərin uçotu aparılmadıqda tətbiq olunan maliyyə sanksiyası

Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı Anar Bayramovun sözlərinə görə, həmin maddənin əsas məqsədi vergi ödəyicisinin sənədi olmayan və satışı həyata keçirilən mallarına (iş xidmətlərinə) görə maliyyə sanksiyasının tətbiq edilməsidir.

Misal 1: Vergi orqanının keçirdiyi yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi 2019-cu ildə 30 000 manat mal təqdim edib. Amma 2019-cu ilin əvvəlində malların qalıq dəyəri 8.000 manat, dövr ərzində 4.000 manat və dövrün sonuna qalıq 1.200 manat olub. Uçot məlumatlarından göründüyü kimi, satışı həyata keçirilən 19200 manatlıq malın sənədi yoxdur.

8.000 manat + 4.000 manat – 1.200 manat = 10.800 manat
30.000 – 10.800 =19.200 manat.

Vergi orqanı 19.200 manatlıq mala görə vergi ödəyicisinə 1920 manat maliyyə sanksiyası tətbiq edir:

19200 x 10% = 1920 manat.

Misal 2: Vergi ödəyicisi mebel istehsalı ilə məşğul olur. Məlum olur ki, vergi ödəyicisi dövr ərzində 40.000 manatlıq mebel satışını həyata keçirsə də, istehsalda istifadə edilən taxta materiallarının uçotunu həyata keçirməyib. Vergi orqanı mədaxili rəsmiləşdirilməyən taxta materiallarının alış qiymətinə, alış qiymətini müəyyənləşdirmək mümkün olmadıqda topdansatış qiymətinə uyğun hesablama həyata keçirir və 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edir.

Misal 3: Vergi ödəyicisi meyvə şirəsinin istehsalı ilə məşğul olur. Vergi orqanı keçirdiyi səyyar vergi yoxlaması zamanı müəyyən edir ki, 2020-ci il tarixdə fəaliyyətə başlayan vergi ödəyicisi 1.000 ədəd 1 litrlik butulka və etiket alıb, 1.000 litr meyvə şirəsi istehsal edib, ancaq cəmi 200 ədəd 1 litrlik butulkada meyvə şirəsi təqdim etdiyini rəsmiləşdirib.

Yoxlama dövründə vergi ödəyicisində 350 ədəd butulka və etiket qalmasını nəzərə alan vergi orqanı gəlirin uçotunun aparılmamasına görə vergi ödəyicisinə uçotu aparılmayan gəlirin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edir.

 

Mənbə: Vergiler.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın