Bazar ertəsi, 23 Avqust 2021 10:31

Vergi ödəyicisinin uçotdan çıxarılması zamanı diqqət yetiriləsi VACİB MƏQAMLAR

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 34.7.4-cü maddəsinə əsasən,  vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.

Öncəki maddənin şərhində qeyd etdiyimiz kimi, vergi ödəyicisi VÖEN-i kağız formada alıbsa, onun qaytarılmasını təmin etməlidir. Mümkündür ki, vergi uçotundan çıxarılan fiziki şəxs sahibkarlıq uçotu haqqında şəhadətnaməsini itirsin. Bu halda fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanına məlumat verir. Fiziki şəxsin ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldığı və ya fiziki şəxs vəfat etdiyi hallarda fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

VÖEN-lə bağlı bir məsələni də qeyd edək ki,  fiziki şəxs ərizəni elektron formada təqdim etdiyi halda, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə vergi uçotundan çıxarılanadək vergi orqanına təhvil verilməlidir.

Fiziki şəxsin vergi uçotunun ləğvi ilə bağlı son olaraq qeyd etmək istərdik ki, vergi orqanı ərizənin qəbul zamanı bəzi məlumatları yoxladığı üçün, vergi ödəyicisi aşağıdakı prosedurları həyata keçirməlidir. Birincisi, fiziki şəxsin ƏDV məqsədləri üçün qeydiyyatı varsa, onu ləğv etdirməlidir. İkincisi, fiziki şəxsin təsərrüfat subyekti (obyekti) uçotdan və  qeydiyyata alınmış nəzarət-kassa aparatları və POS-terminalları qeydiyyatdan çıxarılmalıdır. Fiziki şəxs mükəlləfiyyəti olduğu bütün bəyannamələri təqdim etməli və onun vergi borcu olmamalıdır. Son olaraq aktiv bank hesablarını bağlamalıdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın