Çərşənbə, 18 Avqust 2021 11:05

Vergi orqanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etdikdə hansı məqamlara diqqət yetirməlidir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir.

Analoji məlumatın əlaqəli məlumatdan fərqi odur ki, vergi orqanı həmin vergi ödəyicisinin özü ilə bağlı məlumatdan yox, oxşar fəaliyyəti həyata keçirən vergi ödəyicisinin məlumatlarından digər şəxsin vergi öhdəliyinin müəyyən edilməsində istifadə edə bilər.

- eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı (Maddə 67.2.1.)

Eyni xüsusiyyətli mallar dedikdə, tərkibi eyni olan məhsullar başa düşülür. Misal üçün, vergi ödəyicisinin təqdim etdiyi yuyucu tozun oxşarını digər vergi ödəyicisi də istehsal edir və ya satır.

Eyni cinsli mallar dedikdə isə, eyni mallar başa düşülür. Misal üçün, “A” vergi ödəyicisinin təqdim etdiyi “Jaləm” meyvə şirəsininin satışını “B” vergi ödəyicisi də həyata keçirir.

Mİsal.  Vergi ödəyicisi tum istehsalı ilə məşğul olur. Vergi orqanı müəyyən edir ki, vergi ödəyicisi satışın rəsmiləşdirilməsini həyata keçirməyib. Bu halda vergi orqanı oxşar fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarına istinad edir ki, 100 qramlıq tumun satış qiyməti 0,50 manatdır. Həmin qiymət vergi ödəyicisinin vergi öhdəliyinin hesablanmasında analoji məlumat kimi istifadə oluna bilər.

- eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi (Maddə 67.2.2.);

Mİsal.  Vergi ödəyicisi mühasibatlıq sahəsi üzrə kurslar təşkil etsə də, fəaliyyətin uçotunu aparmayıb. Bu halda vergi orqanı kursun xüsusiyyətinə görə (ACCA, İFRS, vergi imtahalarına hazırılıq, mühasibat uçotunun öyrədilməsi və s.) analoji fəaliyyətlərlə məşğul olan vergi ödəyicilərinin təqdim etdiyi qiymətləri müəyyənləşdirir. Digər kursların təqdim etdiyi qiymətlər vergi orqanı tərəfindən analoji məlumatlar əsasında verginin hesablanmasına əsas ola bilər.

- fəaliyyət göstərilən ərazi (Maddə 67.2.3.)

Mİsal. Sədərək ticarət mərkəzində xırdavat məhsullarının satışını həyata keçirən və ya Sumqayıtda mühasibatlıq kursları təqdim edən vergi ödəyicisi üçün analoji məlumatlardan istifadə etdikdə, vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ərazilərin uyğun olmasına diqqət yetirilməlidir. Vergi orqanı Sumqayıtda fəaliyyət göstərən vergi ödəyicisi üçün Bakı şəhərinin Səbail və ya Nəsimi rayonlarında oxşar fəaliyyət üzrə malları təqdim edən və ya xidmətlər göstərən vergi ödəyicisinin analoji məlumatlarına istinad etməyəcək.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın