Cümə axşamı, 17 İyun 2021 08:02

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda diqqət yetirəsi 3 MƏQAM

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Bu məsələdə vergi ödəyicilərinin nəzərə almalı olduğu məqam ondan ibarətdir ki, vergi ödəyicisi mütləq fəaliyyətini və əməliyatlarını dayandırdığı tarixə qədər olan dövrlə bağlı hesabat təqdim etməlidir.

Mİsal. Vergi ödəyicisi 10 avqust 2020-ci il tarixdə fəaliyyətini dayandırılması ilə bağlı vergi orqanına müraciət edib. Vergi mükəlləfiyyətlərinə uyğun olaraq vergi ödəyicisinin bəyannamələri təqdim etməsi aşağıdakı şəkildə olacaq:

Bİrİncİ hal. Gəlir vergisi ödəyicisi olan fiziki şəxs fəaliyyətini 10 avqust 2020-ci il tarixdə dayandırdıqda Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2020-ci il tarixə kimi 2020-ci il üzrə Gəlir Vergisi Bəyannaməsi verməlidir. Həmin vergi ödəyicisinin 2020-ci ili və ya həmin ilin 3-cü rübünün bitməsini gözləməsinə ehtiyac yoxdur.

İkİncİ hal.  Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxs fəaliyyətin 10 avqust 2020-ci il tarixdə dayandırıqda da Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2020-ci il tarixə kimi 2020-ci il üzrə Mənfəət Vergisi Bəyannaməsi verilməlidir

Zərurİ qeyd: Həm gəlir, həm də mənfəət vergisi bəyannaməsi ilin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə - 10 avqust 2020-ci il tarixə qədər olan dövrü əhatə edir.

Üçüncü hal.  Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxs fəaliyyətini 10 avqust 2020-ci il tarixdə dayandırırsa, bu zaman 30 gün müddətində bəyannamə təqdimi tələbi onlara tətbiq edilmir. Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Vergi ödəyicisi hesabatı rübdən sonrakı ayın 20-dən (misalımızda 20 oktyabr 2020-ci il) gec olmayaraq vergi orqanına təqdim etməlidir.

Amma nəzərə almaq lazımdır ki, bu zaman vergi ödəyici üçün hesabat dövrü  müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Ona görə də 2020-ci ilin 3-cü rüb hesabatında 1 iyul – 10 avqust 2020-ci il tarixə olan dövr haqqında məlumat verməlidir.

Zərurİ qeyd: Gəlir, mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri fəaliyyətini dayandırdığı halda vahid bəyannaməni - “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” növbəti rübdən sonrakı ayın 20-dək təqdim etməlidir. Vergi ödəyicisinin mükəlləfiyyətindən asılı olmayaraq 30 gündən yox, Vergi Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın