Cümə, 10 İyul 2020 08:18

Vahid bəyannamədə FİN və ya SSN xətası hansı halda baş verir?

"Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Vahid Bəyannamənin tərtibi" bölməsindən seçmə

Vergi ödəyiciləri vahid bəyannaməni təqdim etdikdə çıxan xətalardan biri də, işçin fərdi idenifikasiya nömrəsi (FİN) və ya SSN (sosial sığorta nömrəsi) üzrə uyğunsuzluq olmasıdır.
Bu cür xətanın baş verməsi əsasən aşağıdakı səbəblərdən olur:

- Vergi ödəyicisi işçi ilə bağlı FİN və ya SSN məlumatlarını Excel formatında düzgün qeyd etməməsi
Birinci variantda vergi ödəyicisi FİN və ya SSN-i qeyd etməklə, işçinin məlumatlarını birbaşa proqram təminatına daxil edir. İkinci variantda isə, nümünəvi Excel faylına işçinin göstəricilərini daxil etməklə vahid bəyannamənin doldurulmasını həyata keçirir. Mümkündür ki, vergi ödəyici SSN və ya FİN-i qeyd edəndə texniki səhv etdiyindən qeyd edilən xəta baş versin.
- Vergi orqanının bazasında işçi ilə bağlı göstəricilərin olması
Təcrübədə rast gəlinir ki, vergi ödəyicisi bəyannamədə işçi ilə bağlı bütün məlumatları düzgün daxil etsə də, hesabatın yoxlanılması zamanı xəta baş verir. Vergi ödəyicisi bu halda yaranmış xəta ilə bağlı onlayn kargüzarlığa müraciət etməli, işçinin şəxsiyyət vəsiqəsi və SSN-nin sürətini qoşma kimi göndərməlidir. Vergi orqanı bazada müvafiq düzəliş etdikdən sonra xəta aradan qalxır.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

Şərh yazın