Bazar ertəsi, 22 İyun 2020 05:48

Vergi ödəyicisi hansı halda ezamiyyə xərcinə görə riskli vergi ödəyicisi ola bilər?

Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Riskli vergi ödəyicisi" bölməsindən seçmə

Konsepsiyada maraqlı risk meyarlarından biri də, vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərinin əvvəlki dövrlərlə müqayisədə artırılması yolu ilə əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma halıdır. “Vergi ödəyiciləri niyə ezamiyyə xərcinin artırılmasından istifadə edir” sualına cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilən “ Ezamiyyə xərclərinin normaları haqqında” nəzərdə tutulan norma daxilində ödənilən məbləğ gəlir vergisi, sosial sığorta və işsizlikdən sığorta məbləğinə cəlb edilmir.

Misal. Vergi ödəyicisi satış meneceri vəzifəsində çalışan işçiyə 300 manat əmək haqqı ödəyir. İşçiyə yanvar ayında 180 manat ezamiyyə hesablansa da, fevral ayında bu məbləğ 900 manat təşkil edib. Ezamiyyə xərcinin əvvəlki dövrlərə nisbətən kəskin şəkildə yüksək olması vergi orqanında risk üçün əsaslı şübhə yaradacaq.
Qeyd edək ki, vahid bəyannaməyə qədər “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi” bəyannaməsində vergi ödəyicisi üzrə ezamiyyə xərclərinin məbləği qeyd olunurdu. 1 aprel 2020-ci tarixdən tətbiq edilən vahid bəyannamədə işçilər üzrə ezamiyyə xərcinin qeyd olunması nəzərdə tutulmayıb. O səbəbdən bu cür risklərin kameral vergi yoxlaması zamanı müəyyən edilməsi mümkün olmayacaq. Vergi orqanı səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin ezamiyyə xərcləri ilə bağlı fəaliyyətini yoxlaya bilər.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın