Cümə, 24 Yanvar 2020 08:56

Malların email verilməsi və ya emaldan geri qaytarilması zamanı EQF-nin verilməsi necə tənzimlənməlidir?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

...

7) malların emala verilməsi barədə

Bu tip elektron qaimə-faktura o zaman təqdim edilir ki, malların emala verilməsi başqa vergi ödəyicisi tərəfindən həyata keçirilsin, yəni emal müəssisə daxilində icra olunmasın.
Misal. “A” MMC 20 000 manatlıq malı emal məqsədilə “B” MMC-yə təqdim edir. “B” MMC malları alıcı, agent və komisyonçu kimi qəbul etmir. Bu zaman artıq “A” MMC malları emala göndərdiyi zaman malların emala verilməsi barədə elektron qaimə-faktura təqdim etməlidir. Bu cür elektron qaimə-faktura həm də onun üçün lazımdır ki, vergi nəzarətləri tədbirləri zamanı həmin malların emalçıda olması malların sahibliyi anlamına gəlməsin və rəsmi sənədlə təsdiqlənsin.

8) emal prosesi keçmiş malların qaytarılması barədə

Bu tip elektron qaimə-faktura o zaman təqdim edilir ki, emal prosesi keçmiş malların geri qaytarılması başqa vergi ödəyicisi tərəfindən həyata keçirilsin, müəssisə daxili proses olmasın.
Misal. “B” MMC email prosesinin həyata keçirilməsi üçün aldığı 20 000 manatlıq malı “A” MMC-yə geri qaytarır. Agent və ya komisyon müqaviləsi üzrə malların geri qaytarılması fərqli elektron qaimə-faktura ilə həyata keçirildiyi kimi, emal prosesi keçmiş malların qaytarılması da digər elektron qaimə-faktura əsasında həyata keçiriləcək. Bu zaman “B” MMC emal prosesi keçmiş malların qaytarılması barədə elektron qaimə-faktura təqdim edəcək.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

Şərh yazın