Çərşənbə, 22 Yanvar 2020 07:51

YENİLİK!!! Proqram təminatında elektron qaimə-fakturanın 8 növü çeşidləndi (Siyahı)

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixdən  elektron qaimə-fakturaları əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura təqdim etməlidir.

Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən,  Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq doqquz növdə elektron qaimə-faktura verilir:

  • malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
  • malların qaytarılması barədə;
  • - malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;
  • -malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
  • - agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
  • - agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;
  • - malların emala verilməsi barədə;
  • - emal prosesi keçmiş malların qaytarılması barədə;
  • - Vergi Məcəlləsini 177.5-ci maddəsinə əsasən.

Vergilər Nazirliyi artıq elektron qaimə faktura ilə bağlı proqram təminatında səkkiz növdə elektron qaimə-fakturanin hazırlayıb. Maraqlıdır ki, agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturanın proqram təminatında aktiv etməyiblər.

Vergi ödəyiciləri bu gündən etibarən qarşı tərəf olan vergi ödəyicilərinə elektron qaimə-fakturanı çeşidlənlərinə uyğun təqdim etməyə borcludur.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

Şərh yazın