Çərşənbə axşamı, 10 Dekabr 2019 10:20

Anar Bayramovun təqdimatında: 1 yanvar 2020-ci ildən 166-cı maddənin tələbləri (YENİ 4 MİSALLA)

Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı kassa metoduna keçirilir. 1 yanvar 2020-ci il tətbiq olunacaq yeni metoda əsasən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. İqtisadçı ekspert Anar Bayramov dəyişikliyin misallarla şərhini davam etdirir. 

Əvvəlki şərh üçün bax:

https://vergiler.az/ vəya http://mks.az/taxes/trainings/item/10641-anar-bayramovun-t%C9%99qdimat%C4%B1-1-yanvar-2020-ci-ild%C9%99n-166-c%C4%B1-madd%C9%99nin-t%C9%99l%C9%99bl%C9%99ri.html

Misal 1. ƏDV ödəyicisi olan "A" MMC 15 yanvar 2020-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların 540 manatlıq ƏDV dəyəri 30 yanvar 2020-ci il tarixdə, 3.000 mantlıq tam məbləğ isə 6 fevral 2020-ci il tarixdə daxil olub. Bu zaman vergi ödəyicisi yanvar yox, ödənişin daxil olduğu fevral ayının bəyannaməsində 540 manatlıq ƏDV-ni bəyan edəcək.

Misal 2. ƏDV ödəyicisi olan "A" MMC 17 yanvar 2020-ci il tarixdə 2.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların tam dəyərini 30 yanvar 2020-ci il tarixdə, ƏDV məbləğini isə 3 fevral 2020-ci il tarixə ödəyib. Malların ƏDV-siz dəyəri yanvar ayında daxil olduğu üçün vergi ödəyicisi həmin ayın bəyannaməsində 360 (2000x18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 3. Vergi ödəyicisi 4.000 manatlıq mallları 3 fevral 2020-ci ildə təqdim etsə də, malların dəyəri 24 yanvar 2020-ci il tarixdə avans olaraq ödənilib. Bu zaman, malların fevral ayında təqdim olunmasa baxmayaraq, mallar dəyəri yanvar ayında ödənildiyi üçün, vergi ödəyici həmin ayın bəyannaməsində 720 (4000x18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 4. Vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulan mallar üzrə avans məbləği olaraq 22 yanvar 2020-ci ildə 5.000 manat ödənilib. Amma mart ayında vergi ödəyicisi qarşı tərəfə malları təqdim edə bilmədiyi üçün ödənilən avans məbləğini geri ödəməli olub. Bu zaman vergi ödəyicisi yanvar ayının bəyannaməsində 900 (5000x18%) manatlıq ƏDV-ni bəyan etdiyi üçün, mart ayının ƏDV bəyannaməsində dəqiqləşdirmə aparmaqla həmin dövriyyəni azaltmalıdır.

Fəxriyyə İKRAMQIZI

Hazırladı:"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

Şərh yazın