Bina tikintisi fəaliyyətində hansı halda ƏDV-nin əvəzləşdirilməsinə icazə verilməyəcək? (6-cı yazı)

Bina tikintisi fəaliyyətində hansı halda ƏDV-nin əvəzləşdirilməsinə icazə verilməyəcək? (6-cı yazı)

Vergi məsələləri üzrə ekspert Anar Bayramov bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə bağlı dəyişiklərdəki maraqlı məqamlara toxunub: “Vergi Məcəlləsinə  edilən dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər mənfəət  vergisinə cəlb olunan gəlir hesab edilməyəcək. Vergi ödəyicsinin dövlətə ayrılan hissəsinə görə çəkdiyi xərclər də ümumi xərclərə aid edilir.  

Adətən, vergidən azad olunan əməliyyatlar üzrə xərclər ümumi xərclərə aid edilmir, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə fərqli yanaşma var.  Misal üçün, 100 mənzilli binanın 10 mənzili dövlətə ayrılırsa, o zaman həmin 10 mənzil üçün çəkilmiş xərclərə görə alınmış elektron qaimə-fakturaya görə ödənilən ƏDV məbləğlərinin əvəzləşdiriməsinə icazə verilməyəcək. Həmin əməliyyatlar üzrə ƏDV məbləğləri malın dəyərinin üzərinə əlavə olunacaq.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən  "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

1 Komment

  1. Aydın 27 Noyabr 2019

    Əgər dövlətə ayrılan hissə əvəzsiz təqdim edilirsə, əmlaka görə əldə edilən gəlirlər deyəndə nə başa düşülüüür?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər