Ezamiyyə xərcləri ilə bağlı hansı hallarda təsdiqedici sənədlər tələb edilir?

Ezamiyyə xərcləri ilə bağlı hansı hallarda təsdiqedici sənədlər tələb edilir?

Satışına START verilən “Əməyin uçotu: A-dan Z-yə” (IV nəşr) kitabından seçmə

Qeyd etdiyimiz kimi, həm respublikadaxili həm də xarici ezamiyyə xərcləri gündəlik və mehmanxana xərclərindən ibarətdir. İstər respublika daxili, istərsə də xarici ezamiyyə səfərləri zamanı gündəlik xərc üçün hər hansı təsdiqedici sənəd tələb olunmur. Amma mehmanxana xərclərinə vergi uçotu baxımdan yanaşma fərqlidir. Xarici ölkələr üçün mehmanxana xərclərinə təsdiqedici sənəd tələb olunmasa da, respublika daxili ezamiyyələr üçün fərqli yanaşma var.
Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il tarixli, 13 saylı qərarı ilə 1-1-ci bənd qərardan çıxarıldı. Həmin bənddə yazılır: “Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir”. Beləliklə, respublika daxili ezamiyyələr zamanı işçilərə ödəniləcək mehmanxana xərcləri üçün hər hansı tələb müəyyənləşdirilmədi. Amma qeyd edilən bəndin qərardan çıxarılması özəl təşkilatların gəlirdən çıxılan xərclərinin artmasına səbəb oldu. Çünki Vergi Məcəlləsinin tələblərinə əsasən, faktiki ezamiyyə normalarının tam olaraq gəlirdən çıxılmasına icazə verildi. Bu səbəbdən də, 1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 108.4-cü maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Maddənin tələblərindən göründüyü kimi, işçi ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədləri təqdim etmədiyi halda 1 günlük normanın 50 faizinin gəlirdən çıxılmasına icazə verilir.
Misal. İşçi 2 günlük Naxçıvan şəhərinə ezam olunub. İşəgötürən tərəfindən işçiyə 2 günlük ezamiyyə xərci olaraq 130 manat (100 manat (gündəlik norma) + 30 manat (100 manat x 30 faiz norma)) ödəniş hesablanıb. İşçi ezamiyyətdən qayıtdıqdan sonra təqdim etdiyi ezamiyyə hesabatında mehmanxana xərcini təsdiq edən sənəd təqdim etməzsə, gəlirdən çıxınlan xərclər 130 manat yox, 95 manat (70 manat (mehmanxana xərci) x 50 faiz (gəlirdən çıxılmasına icazə verilən hissə) + 60 manat (30 manat (gündəlik xərc) x 2 gün) təşkil edəcək. Göründüyü kimi, vergi uçotu baxımdan 35 manat (70 manat x 50 faiz) məbləğində fərq yaranır. Amma işəgötürən işçiyə ezamiyyə normalarına uyğun 130 manat məbləğində hesablama aparmaldır. Yaranan 35 manatlıq fərq sadəcə gəlirdən çıxılan xərclərə aid edilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər