Vahid bəyannamə formasının ƏDV və sadələşdirilmiş vergi bəyannaməsinə hansı təsirləri olacaq? (5-ci yazı)

Vahid bəyannamə formasının ƏDV və sadələşdirilmiş vergi bəyannaməsinə hansı təsirləri olacaq? (5-ci yazı)

Vergilər Nazirliyinin Bəyannamələrin və kameral vergi yoxlamalarına nəzarət Baş idarəsinin Bəyannamələrin təhlili şöbəsinin rəisi Elmir Ramazanov təsdiq olunan vahid bəyannamə forması haqqında da məlumat verib: “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi bəyannaməsi, sosial sığorta bəyannnaməsi, işsizlikdən sığorta hesabatı və növbəti ildən təqdim olunacaq icbari tibbi sığorta hesabatı vahid formada hazırlanacaq. Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən, bütün vergi ödəyiciləri hər rübdən sonrakı ayın 20-sindən gec olmayaraq, Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi bəyannaməsi təqdim edəcək. Bu səbəbdən də, ƏDV və sadələşdirilmiş vergi bəyannaməsində Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi ilə əlaqədar bölmələr ləğv edilib. Məqsəd ki, vergi ödəyicisinin eyni məlumatları təkrar göndərməsinə ehtiyacın olmamasıdır. “

Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 23 noyabr 2019-cu il tarixdə keçirilən  "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər