Cümə axşamı, 07 Noyabr 2019 06:08

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanların xeyrinə olacaq dəyişiklik (12-ci yazı)

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

1 yanvar 2019-cu il tarixdə olan dəyişikliklərdən ən çox müzakirə olan məsələrdən biri də pərakəndə satış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etdiyi halda sadələşdirilmiş vergi ödəyicisinin hüququnun itirilib-itirilməməsi ilə bağlı idi.

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi pərakəndə satış fəaliyyəti ilə məşğul olan  vergi ödəyicilərin xeyrinə olan hal kimi qiymətləndirmək olar. Belə ki, əlavə edilən 218.6.1-ci maddəyə əsasən,  pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.

Təklif olunan maddəni misalla izah edək:

Misal 1. Fiziki vəya hüquqi şəxs olan vergi ödəyicisi 2020-ci 1-ci rüb ərzində göstərdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı  təqdim etdiyi malların ümümi məbləği 42 000 manatdır. Amma rüb ərzində vergi ödəyicisi cəmi 7 800 manatlıq malı vergi ödəyicisinə elektron qaimə-fakura ilə təqdim edib.. Elektron qaimə-faktura ilə təqdim edilən malların xüsusi çəki 18,57 faiz ((7800 manat/42 000) manat x 100 faiz) olduğu üçün vergi ödəyicisi məcburi olaraq gəlir (mənfəət) vergisi olmur və sadələşdirilmiş vergi ödəyicisi olaraq 2 faiz vergi dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyirlər.

Misal 2. Fiziki vəya hüquqi şəxs olan vergi ödəyicisi 2020-ci 1-ci rüb ərzində təqdim etdiyi mallların ümümi məbləği 40 000 manatdır. Amma rüb ərzində cəmi 15 000 manatlıq malı vergi ödəyicisi olan hüquqi vəya fiziki şəxsə elektron qaimə-faktura vasitəsiylə təqdim edib. Elektron qaimə-faktura ilə təqdim olunan malların xüsusi çəki 37,50 faiz ((15 000 manat/40 000) manat x 100 faiz) olduğu üçün vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirir və məcburi olaraq gəlir (mənfəət) vergi ödəyicisi kimi qeydiyyata alınmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın