Çərşənbə, 09 Oktyabr 2019 05:57

İki fərqli yerdə işləyənllərin gəlir vergisi necə hesablanır?

Təcrübədə rast gəlinən məsələlərdən biri də işçinin həm dövlət orqanında, həm də özəl sektorda çalışmasıdır. Özəl sektor qeyri-neft sahəsi ilə məşğul olan fəaliyyət hesab edilir. Bu məsələ ilə bağlı yaranan sullara iqtisadçı ekspert, "Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramov münasibət bildirib.

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal 1: Səməd Əliyev əsas iş yeri olan dövlət təşkilatında 400 manat, əsas iş yeri olmayan qeyri-neft özəl sektorunda isə 1.000 manat məbləğində əməkhaqqı alır. Bu halda onun dövlət sektorunda aldığı əməkhaqqından 28 manat ((400-200) x 14 faiz) gəlir vergisi tutulacaq, özəl sektorda isə gəlir vergisinə 8.000 manata qədər güzəşt olduğu üçün hesablama aparılmayacaq.

Misal 2: Səməd Əliyev neft sahəsində fəaliyyəti olmayan iki özəl şirkətdə çalışır. Əsas iş yeri olan özəl şirkətdə 5.000 manat, əlavə iş yeri olan özəl şirkətdə isə 3.500 manat əməkhaqqı alır. Göründüyü kimi, onun hər iki əməkhaqqı cəmləndikdə, 8.500 manat alınır. Lakin bu o demək deyil ki, işçi 8.000 manatlıq güzəşt limitini aşır. Çünki Vergi Məcəlləsinin tələblərinə görə, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablandığından, misalımızdakı işçi hər bir iş yeri üzrə gəlir vergisindən tam azaddır.

Fəxriyyə İkramqızı

Mənbə: Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın