Bazar ertəsi, 07 Oktyabr 2019 05:33

Vüqar Mirheydərovun təqdimatında: Yeni formada olan cari vergi ödəmələri ilə bağlı arayışın doldurulması

Artıq oktyabrın 1-dən vergi ödəyiciləri 3-cü rüb üçün cari vergi ödəmələrinin hesablanması haqqında arayışı vergi orqanlarına təqdim etməyə başlayıblar. Bu yaxınlarda Vergilər Nazirliyi həmin arayışların formasında müəyyən dəyişikliklər edib:

151.5 metodunu seçən vergi ödəyiciləri üçün nəzərdə tutulan bölmə digərindən ayrılaraq ayrıca bölmədə verilib. İndi hər bir üsula dair bütün məlumatlar ayrıca blokda yığılır. Vergi ödəyiciləri mənfəətin və vergi ödənişlərinin hesablanmasının əvvəlki qaydası ilə müqayisədə yeni formanın daha rahat və əlverişli olduğunu bildirirlər.

Maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov cari vergi ödəmələrinin hesablanması haqqında arayışın tərtib edilməsi qaydasını izah edib: "Bir daha xatırlatmaq istəyirəm ki, gəlirin (mənfəətin) hesablanması artan yekun əsasında aparılmalıdır. Yəni ayrıca üçüncü rüb deyil, ilin əvvəlindən üçüncü rübün axırına kimi əldə etdiyiniz gəliri (mənfəəti) formanın müvafiq xanasında qeyd etməlisiniz. Tutaq ki, birinci rübdə 2.000 manat, ikincidə 3.000 manat, üçüncüsündə 2.000 manat gəliriniz (mənfəətiniz) olubsa, 296-cı sütunda bu məbləğlərin cəmini, yəni 7.000 manat göstərməlisiniz. 297-ci sütunda, aşağıda göstərilən düstura uyğun olaraq mövcud vergi ödənişinin dəyərini müstəqil hesablamalı və qeyd etməlisiniz:

Cari Vergi Ödənişləri = 7000 * 20% * 75% = 1050 manat.

Qeyd etdiyiniz məbləğ düzgün hesablandığı halda, sistem avtomatik olaraq 298-ci sütunu Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrində nəzərdə tutulan güzəştləri nəzərə alaraq (mikro-biznes subyektləri olan fiziki və hüquqi şəxslərin mənfəətinin 75 faiz mənfəət vergisindən azad edilməsi) hesablayır və doldurur:

1050 * 25% = 262,50 manat.

Bundan sonra "İrəli" düyməsini sıxaraq arayışı göndərmək olar. Həmin məbləğdən əvvəlki rüblərdə ödənilən vergi məbləğləri çıxıldıqdan sonra qalan hissə oktyabrın 15-dək vergi orqanının hesabına ödənilməlidir. Əgər fərq mənfi alınıbsa, 3-cü rüb üzrə heç bir ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda 3-cü rüb üzrə cari vergi ödəmələrinin hesablanması haqqında arayış oktyabrın 15-dək elektron qaydada və ya kağız formatda vergi orqanlarına təqdim edilməlidir.

mənbə: Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

Şərh yazın