Çərşənbə, 10 İyul 2019 06:04

ƏDV ilə bağlı bir çoxlarının istifadə etmədiyi, amma önəmli maddənin izahı

"Vergi uçotu: A-dan Z-yə" kitabndan seçmə

Vergi Məcəlləsinin bəlkə də ən mürəkkəb maddəsi 157.3.3-cü maddədir. Belə ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər istisna olmaqla, digər ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşə bilər. Bu zaman hansı vacib mΩqamlar gözlΩnilmΩlidir? Əvvəla, müddət 3 ildən çox olmayan dövrü əhatə etməlidir. Yəni, vergi ödəyicisi 3 və ya 6 ay, 1 və ya 2 il və s. müddət üçün qeydiyyata alına bilər. Bu zaman vergi ödəyicisi qeydiyyatı qüvvəyə mindiyi tarixdən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir.

Misal. Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan “A” MMC 6 ay öncəki dövr üçün ƏDV qeydiyyatına alınmaqla bağlı müraciət edir. Fərz edək ki, vergi ödəyicisinin həmin dövr üzrə 50 000 manat ƏDV-yə cəlb olunan, amma ƏDV hesablanmamış dövriyyəsi olub. Bu zaman vergi ödəyicisi 9 000 manat (50 000 x 18 faiz) ƏDV ödəməlidir. Vergi ödəyicisinin əvvəlki 6 aylıq dövriyyə üzrə dəqiqləşdirilmiş bəyannamə verməsinə ehtiyac yoxdur, elə birinci bəyannamədə əvvəlki 6 aya düşən dövriyyəni 50 000 manat qeyd etməsi yetərlidir. Bu halda əməliyyat həmin ay ərzində baş vermiş hesab olunur. Vergi ödəyicisi bəyannamədə əks etdirdiyi əməliyyatlar üzrə EVHF təqdim etmək hüququna da malik olur.

Əvəzləşdirilən ƏDV məbləğinə gəlincə isə, bunun baş verməsi üçün vergi ödəyicisi mütləq əvvəlki 6 ay ərzində ƏDV-ni depozit hesabı, ödəməni isə bank vasitəsiylə aparmış olmalıdır.

"Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Fərəc Qasımov Çərşənbə, 10 İyul 2019 07:14 tərəfindən təqdim olunub Fərəc Qasımov

    Salam 157.3.3-cü maddəni izah etdiyinizə görə təşəkkür edirəm. Sadəcə anlamadığım odur ki əvvəlki tarix üçün necə əvəzləşdirilmə aparılacaq. ƏDV ödəciyisi olmayan vergi ödəciyisinin ƏDV depozit hesabı ola bilər ?

Şərh yazın