Bazar ertəsi, 15 Aprel 2019 10:29

"Sosal üzrə BÖLÜŞDÜRÜLMƏMİŞ ödənişlər"də toplanan məbləğin bölüşdürülməsi (ARAŞDIRMA YAZI)

"Vergi uçotu: A-dan Z-yə" kitabı 25 aprel 2019-cu il tarixdən satışda


Yeni kabus: "Sosal üzrə BÖLÜŞDÜRÜLMƏMİŞ ödənişlər"

 2019-cü ildən vergi ödəyicilərinin kabusuna çevrilən söz birləşmələrinə yenisi əlavə olundu: "Sosal üzrə BÖLÜŞDÜRÜLMƏMİŞ ödənişlər". Vergi ödəyicisi sosial və işsizlikdən sığorta üzrə ödənişlər etsələr də, həmin məbləğ şəxsi hesab vərəqəsinə işlənmirdi və "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində qeyd olunurdu. Bu səbəbdən də şəxsi hesab vərəqəsində borc yarandığından Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) borc bildirişi haqqında məlumatı vergi ödəyicisinə göndərdi. Vergi ödəyicisi ödənişləri etməsini sübut edincə, AVİS proqramı avtomatik olaraq vergi borcunun ödənilməsi barədə sərəncamı vergi ödəyicisinə xidmət edən bank(lar)a göndərirdi. Maraqlısı odur ki, sərəncam hesabına ödənilən məbləğ ... şəxsi hesab vərəqəsinə daxil edilmirdi. Həmin məbləğ "Sosal üzrə bölüşdürülməmiş ödənişlər"  bölməsində qeyd olunduğu üçün, AVİS proqramı növbəti borc sərəncamı göndərməyə başlayırdı.

Vergilər Nazirliyi texniki proqlem olduğunu qəbul edir və problemin həll olunduğunu bildirir

Həmkarlarımızın bu problemi həll etmək üçün mks.az saytı rəsmi olaraq Vergilər Naziri, cənab Mikayıl Cabbarova müraciət etdi. Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanovun imzaladığı cavab məktubunda şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmaların aradan qaldırıldığı bildirdi. Artıq vergi bəyannamələrində olduğu kimi vergi ödəyiciləri sosial hesabatların təqdim olunması zamanı ödənişlərin hesabata əlavə olunmasını həyata keçirməyəcəklər. Vergi ödəyiciləri 2019-cu ilin 1-ci rübündən etibarən təqdim olunan yeni hesabatlarda yalnız hesablanmış məbləğlər və onların bölüşdürülməsi prosesini həyata keçirəcək.

2019-cü ildə ödənilən məbləğlərin bölüşdürülməsi necə həyata keçiriləcək?

Vergi ödəyiciləri 2019-cu ilin 1-ci rüb üzrə hesabatların təqdim etməsini həyata keçirməyə start veriblər. Maraqlıdır ki, "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində toplanan məbləğlərin necə bölüşdürülməsinin prinspləri haqqında hər hansı açıqlama olmayıb. Araşdırmalarımız zamanı həmkarımız saytımıza bildirib ki, sosial və işsizlikdən sığortaları üzrə hesabatlar təqdim edilib qəbul olunduqdan sonra, məbləğlərin bölüşdürülməsi həyata keçirilsə də, bu zaman yenə borclar yaranıb. Fevral ayı üzrə işsizlikdən sığorta üzrə ödənişlər səhv olaraq məcburi dövlət sosial sığortanın şəxsi vərəqinə işlənilib. Baxmayaraq ki, hər 3 (yanvar, fevral və mart) ayları üzrə eyni ödəniş tapşırığından istifadə edildiyindən təsnifatı kodu eyni olaraq qeyd olunub. Nəticədə işsizlikdən sığorta üzrə borc yaranıb və faiz hesablanmasına başlanıb.
Bundan əlavə, məcburi dövlət sığortası üzrə ödənilən sonuncu məbləğin təxminən 1/3-i şəxsi hesab vərəqəsinə  işlənilib. Böyük ehtimalla, işsizlikdən sığorta üzrə ödənişlərin səhv işlənilməsi zamanı yekunda məcburi dövlət sosial sığortası üzrə qalıq məbləğ ödənilən məbləğin 1/3-inə uyğun olub. Həmkarımız bir məsələni xüsusi olaraq bildirdi ki, 1-cü rüb ərzində ödənilən cəmi məbləğ şəxsi hesab vərəqəsinə bölüşdürülən vəsaitin və "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində yaranan qalığın cəminə bərabərdir. Yəni hər hansı kənarlaşma yoxdur, amma "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsinin düzgün bölməməsini nəzərə alaraq, yenidən borc bildirişi və sərəncamların gəlməsi gözlənilirdi.

Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsində toplanan məbləğlərin düzgün bölüşdürülməsi üçün nə etməli?

Vergi ödəyicilərin əksəriyyəti online kargüzarlıq vasitəsiylə vergi orqanlarına şəxsi hesab vərəqləri üzrə düzgün bölüşdürülmənin həyata keçirilməsi ilə bağlı müraciət edirlər. Hətta bəzi vergi ödəyiciləri ödənişi təsdiq edən sənədlərin sürətini də həmin müraciətə əlavə edirlər. Bir məsələni də qeyd edək ki, vergi ödəyicisi məcburi dövlət sosial ayırması üzrə təsnifat kodunu işsizlikdən sığorta kimi qeyd edərsə, vergi orqanları bunu ayrı qurumlar olduğunu əsas götürərək məktubla düzgün bölüşdürməni həyata keçirmirlər.

"Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsi üzrə məbləğlərin şəxsi hesab vərəqlərinə bölüşdürülməsini necə həyata keçirilir: AVİS proqramı yoxsa vergi orqanının əməkdaşı?

Maraqlıdır ki, "Sosal üzrə bölüşdürülməmiş ödənişlər" bölməsi üzrə məbləğlər proqram təminatı tərəfindən ödəniş kodlarına görə avtomatik bölüşdürülür yoxsa vergi orqanın əməkdaşı ödənişin təsnifat koduna uyğun bölüşdürməni həyata keçirir. Təcrübə və həmkarlarımızın yanaşmasından istifafə edərək belə düşünürük ki, bu prosses də AVİS proqramı tərəfindən avtomatik olaraq həyata keçirilir. Mks.az saytı olaraq, bu barədə Vergilər Nazirliyinin məsul işçiləriniin fikirlərin öyrənib həmkarlarımıza bölüşməyə çalışacıyıq. 

Hörmətli həmkarlarımız, bu məsələ ilə bağlı təcrübədə rast gəldiyiniz halları və çıxış yolları saytımızla bölüşməyinizi xahiş edirik.

 

 

Şərh yazın