Bazar ertəsi, 02 İyul 2018 06:19

Mühasib müəssisəyə faizsiz borc verə bilər?

Sual: 1. Müəssisəyə müəssisənin işçiləri olan direktor, mühasib və s. şəxslər tərəfindən faizsiz borc verilə bilərmi? Bu zaman verilən faizsiz borca görə olan nümünə mümkünsə verərdiniz.
2. Faizsiz verilən borc müqaviləsində vergi məqsədləri üçün bazar qiymətində kreditlər üzrə orta faiz dərəcəsi nəzərə alınıb 10% ödəmə mənbəyi hesablanıb ödənilir dövlət büdcəsinə. Sırf 10% vergi məbləğini çıxartmaq üçün faiz məbləği çıxarırıq, ancaq faktiki də alınmış məbləğə görə direktora, və s. borc verən şəxsə faiz ödənilmir. Bu zaman ödənilməyən faiz yoxdursa vergiyə 10% ÖMV hesablanması nə dərəcədə düzgündür?
3. Faizli borc verilməsi lisenziya tələb olunan sahə olduğuna görə direktor və s. işçilərin müəssisəyə borc verməsi lisenziya olmadan pul verməsi nə dərəcədə düzgündür? Yuxarıda göstərilən hər 3 sualda direktor ayrıca fiziki şəxsdir, təsisçi deyildir. Suallara direktorun müəssisəyə faizsiz borc verilməsi cəhətdən cavablandırmağınızı xahiş edirəm.

Cavab: Bildiririk ki, müəssisəyə digər şəxslər tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər.
Onu da bildiririk ki, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Hüquqi şəxsin direktoru ilə hüquqi şəxs qarşılıqlı sürətdə asılı olan şəxslər hesab edildiyindən direktorun hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Həmçinin qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Qarşılıqlı surətdə asılı olan şəxslər arasında faizsiz borc məbləği üzrə tərəflər arasında müqavilə bağlandığı halda faktiki olaraq faiz öhdəliyi yaranmır. Maliyyələşdirmə xidmətinin həyata keçirilməsi zamanı dövlət büdcəsinə ödənilməli verginin məqsədləri üçün hesablanmış faizlər yalnız vergitutma məqsədləri üçün tətbiq edilir.
Bax: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və 142.1-ci maddələri.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın