Bazar ertəsi, 02 İyul 2018 06:05

Nisyə malın rəsmiləşdirilməsi qaydası

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Salam. Vətəndaşlardan malların nisyə alınması necə rəsmiləşdirilməldir?
Babayev Bədrəddin

Cavab: Vətəndaşlar vergi ödəyicisi kimi uçotda olmadığından onlar hər hansı qaimə-faktura, elektron qaimə-faktura, elektron vergi hesab-fakturası təqdim edə bilmir. Vətəndaşlardan mallar “Malların alış aktı” adlı ciddi hesabat blankı ilə rəsmiləşdirməklə alınır. Bu blankı malları alan vergi ödəyicisi xüsusi lisenziyalı mətbəələrdə sifarişlə çap etdirə bilər. Bu sənəd malların alışını təsdiq edir, ödənişi isə kassa məxaric orderi ilə rəsmiləşdirməklə aparmaq lazımdır. Yəni, mallar alınandan sonra ödənişin həmin anda edilməsi, və ya nisyə alınması alıcı və vətəndaş arasında olan danışıqlardan asılıdır.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın