Cümə, 16 Fevral 2018 11:37

İki şirkət arasında borc məsələsi necə tənzimlənməlidir?

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
Vergilər Nazirliyi borcun ödənilməsində yarana biləcək vergi və maliyyə sanksiyalarını açıqlayır
 
Sual: A şirkətinin B şirkətinə borcu var. B şirkətinin isə C şirkətinə borcu var. Əgər A şirkəti B şirkətinin əvəzindən C şirkətinə A-nın B-yə borcu olan miqdarda ödəniş etsə şirkətlər qarşıda vergi ilə bağlı nə problemlərlə rastaşa bilərlər?
Teymur, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı (13.02.2018) 
 
Cavab: Bildiririk ki, mülki qanunvericiliyin müddəalarına əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun Mülki Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
Bununla yanaşı, sorğunuzda qeyd edilən hal ilə əlaqədar vergi qanunvericiliyi baxımından da hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
Eyni zamanda vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədilə əməliyyatlar apardığı aşkar edildiyi halda, aparılan belə əməliyyatlara görə ödənilməli olan verginin 50 faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir.
 
Bax: Vergi Məcəlləsinin 13.2.69-cu, 23.1.6-1-ci və 58-ci maddələri, Mülki Məcəllənin 431-ci maddəsi. 
 
Oxu 375 dəfə

Şərh yazın