Cümə, 16 Fevral 2018 10:42

Taksi fəaliyyəti ilə məşğul hansı məbləğdə VERGİ və SOSİAL AYIRMA ödəməlidir?

Yazan
Bu məqaləni qiymətləndir
(0 səs)
Vergilər Nazirliyi həmçinin taksi fəaliyyətinin hesabatlılıq məsələsinə də aydınlıq gətirdi
 
Sual: Sadələşmiş vergi ödəyicisi olaraq müqavilə əsasında şəxsi avtomobili ilə gündəlik sərnişin daşıma xidməti göstərən şəxs elektron qaimə təqdim etməlidirmi? Bakı şəhərində bu şəxs hansı məbləğlərdə vergi və sığorta ayırmalarını ödəməlidir? Bu şəxs vergi orqanına bəyannamə verməlidirmi?
Nadir Cabbarov Adil, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı (13.02.2018) 
Cavab: Bildiririk ki, tərəfinizdən vergi orqanlarında qeydiyyatda olmayan vətəndaşlara taski xidməti göstəriləkən elektron qaimə-fakturanın təqdim edilməsi tələb olunmur. Lakin vergi ödəyicisi olaraq taksi xidmətini müqavilə əsasında digər vergi ödəyicilərinə, o cümlədən hüquqi şəxslərə və fərdi sahibkarlara göstərdiyiniz halda müvafiq elektron qaimə-faktura tərtib edilərək təqdim edilməlidir.
 
Taksi ilə sərnişin daşımasını Bakı şəhərində həyata keçirən fiziki şəxsin təqvim ayında ödəməli olduğu sadələşdirilmiş vergi məbləği 18 manat təşkil edir.
 
Eyni zamanda avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
 
Sosial sığorta ödənişləri ilə bağlı isə bildiririk ki, Bakı şəhərində taksi ilə sərnişin daşıma xidməti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (130 manat) 20 faizi məbləğində, yəni 26 manat (130*20%) məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
 
Məcburi dövlət sosial sığorta ödənişləri barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyinizi tövsiyə edirik.
 
Bax: Vergi Məcəlləsinin 71-1-ci, 220-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununu, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Przezidentinin 21 yanvar 2017-ci il 2608 nömrəli Sərəncamı.
 
Oxu 428 dəfə

Şərh yazın