İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan gəlir vergisi hesablanması

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan gəlir vergisi hesablanması

Vergilər Nazirliyindən bu məsələ ilə bağlı maraqlı yanaşma: "GÜZƏŞT NƏZƏRƏ ALINMIR"
 
Sual: Salam. Bilmək istərdim ki, əmək müqaviləsi, məsələn, 1 illikdir. 1 oktyabrdan 30 sentyabra kimi. Oktyabr ayında əvvəlki ilin istifadə edilməyən məzuniyyət günlərinin kompensasıyasını hesablayarkən, vergi necə hesablanır maaşla birlikdə və ya ayrıca hesablanmalıdır? Bildiyim qədəri ilə əmək ili bitdiyindən o ayrıca hesablanmalıdır və bir yerdə oktyabr ayının gəliri ilə hesablanıb vergi tutula bilməz. Bu barədə mənə ətraflı məlumat verməyinizi xahiş edirəm. Təşəkkürlər.
 
İsmayıl Məmmədov İdris, [email protected], Bakı (20.11.2017) 
 
Cavab:  Bildiririk ki, sorğunuzda qeyd olunan halda başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinin yerinə ödənilən kompensasiyadan gəlir vergisi ayrı, oktyabr ayının əmək haqqından isə ayrı hesablanmalıdır.
Onu da qeyd edək ki, məzuniyyət günlərinin yerinə ödənilən kompensasiyadan gəlir vergisi hesablanan zaman Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində göstərilən güzəşt nəzərə alınmır.
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər