Minimum əmək haqqı kimlərə verilə bilər?

Minimum əmək haqqı kimlərə verilə bilər?

Əməkhaqqı işçi ilə işəgötürən arasında, həmçinin nəzarət orqanları ilə işəgötürən arasında mübahisə doğuran məsələdir. Ölkə üzrə minimum əməkhaqqı müəyyənləşdirilib və onun məbləği illər ərzində artaraq hazırda 93,50 manat təşkil edir. Minimum əməkhaqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
İlk növbədə, ixtisassız əmək və xidmət dedikdə, nə başa düşüldüyünü aydınlaşdıraq. İxtisassız əmək və xidmət heç bir ali, orta ixtisas təhsili, normal peşə təhsili olmayan bir işçinin əməyidir. Təcrübədə belə əmək dedikdə, əsasən fəhlələr nəzərdə tutulur. Həqiqətən də, fəhlələrin çoxunun ixtisaslı təhsili olmur. Fəhlə vəzifəsinin özü də ixtisaslı işçi tələb etmir. Ancaq bu, o demək deyil ki, bütün iş yerlərində fəhlələr minimum əməkhaqqı almalıdırlar. Burada mütləq iqtisadi və sosial şərait nəzərə alınmalıdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər