Diqqət!!! Ezamiyyə sənədi ilə Bakıdan gedən bəzi işçilər məsuliyyətə cəlb olunacaq

Diqqət!!! Ezamiyyə sənədi ilə Bakıdan gedən bəzi işçilər məsuliyyətə cəlb olunacaq

Daxili İşlər Nazirliyi bu gün paytaxtın girişində yaranan bir neçə kilometrlik tıxacla bağlı açıqlama verib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib. İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub.

Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.

Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.

Mənbə: Qafqazinfo.az

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

1 Komment

  1. Fateh 16 İyun 2020

    Beli bu tamamı ile beledir. Şeki şeherinde karona virus yoluxan aşkarlanmayıb. Lakin hefte sonunda ve daha öncedende şeherimize Bakı qeydiyyatlı ve ya öz şeherinde virus aşkarlanan şexsler gelir gezir istirahet edir ve her mekana daxil olurlar. Bu qebuledilmez birşeydir indi bayram deil öz xesteliklerinide ele öz yaşadıqları erazide saxlasalar qanuna ve insanlığada zidd olmaz. Xahiş edirik rayonlar arası xüsusen Bakı şeherinden qiymeti uçuq qiymete olan maşınları neci ise bir yolla buralara buraxmayın bu tupoy insa lar ucbatından bizde eziyyet çekmek istemirik. Xahiş edirik bir daha bunun qarşısı alınsın artıq!

Şərh yazın

Xəbərlər