Bazar ertəsi, 30 Mart 2020 12:06

DİQQƏT!!! Vergilər Nazirliyindən ƏMƏK HAQQI ilə bağlı MƏLUMAT TƏLƏBİ (FAYL)

Vergilər Nazirliyi bəzi vergi ödəyicisilərinə əmək haqqı ilə bağlı xidməti məktub göndərib. Məktubda vergi ödəyicilərindən koronavirus infeksiyası ilə bağlı olaraq,  2020-ci ilin mart ayı üzrə hesablanmış və ödənilmiş əmək haqqı məbləğləri barədə bu məktuba əlavə edilmiş formada məlumatlar tələb ediliir. Məktubun məzmunu aşağıdakı kimidir və qeyd edək ki, məlumat formasını da yazının sonunda yükləyə bilərsiniz.

"Əmək haqqı məlumatlarının təqdim edilməsi barədə Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə ölkəmizdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində iqtisadiyyatın bəzi sahələri üzrə fəaliyyət göstərən müəssisələrin fəaliyyətində fasilə və məhdudiyyətlər yaranmışdır. Yaranmış vəziyyətdə əmək müqaviləsi əsasında çalışan işçilərin əmək müqavilələrinə əsassız xitam verilməsi, habelə muzdlu işçilərin əmək hüquqlarının digər formada pozulması halları ilə mübarizə aparılması hər zaman olduğu kimi strateji fəaliyyət istiqamətlərindən biridir. Bu isə vergi ödəyicilərindən operativ qaydada müəyyən məlumatların əldə edilməsini zəruri edir. Qeyd olunanları nəzərə alaraq və Vergi Məcəlləsinin 23-cü maddəsinin tələblərini rəhbər tutaraq aşağıdakı məlumatların 2020-ci ilin aprel ayının 6- dan gec olmayaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə elektron qaydada təqdim etməyiniz tələb olunur:

1. 2020-ci ilin mart ayı üzrə hesablanmış və ödənilmiş əmək haqqı məbləğləri barədə bu məktuba əlavə edilmiş formada məlumat

2. Hesablanmış əmək haqqının ödənişini təsdiq edən bank ödəniş tapşırığının surəti." 

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın