Çərşənbə, 09 Yanvar 2019 08:36

Vergi orqanlarına işə qəbul imtahanın vaxtı elan edildi (RƏSMİ)

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib.  Müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə cari ilin yanvar ayının 31-dən fevral ayının 20-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizəyə sağlamlıq haqqında tibbi arayış, ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti, məhkumluğun olmaması barədə arayışın surəti, narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti əlavə olunmalıdır. Namizəd xairici dil səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və xarici dil səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidirlər.

Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsi ilə məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində müvafiq işçi qrup tərəfindən yoxlanılır və ərizəsinin qəbul edilməsi barədə  namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir. 

Sənədləri qəbul edilmiş namizədlər 27-29 mart 2019-cu il tarixlərində səhər saat 10.00-dan 18.00-a qədər imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 30.03.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı yanvar ayının 10-da Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcək.

Bununla yanaşı, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə elan edib.

Bu müsabiqədə baş mühasib vəzifəsində 3 ildən artıq, mühasib vəzifəsində 5 ildən artıq, vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş vəzifəli şəxslər, maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər, hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər iştirak edə bilərlər.

Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu yanvar ayının 14-dən etibarən başlayacaq və il ərzində davamlı olaraq həyata keçiriləcək. Bu müsabiqədə iştirak etmək şəxslər Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.

Ərizəyə sağlamlıq haqqında tibbi arayış, məhkumluğun olmaması barədə arayışın surəti, narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti, əmək kitabçasının surəti əlavə olunmalıdır.  Ali təhsil barədə diplomun (diplomların) surəti və Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri elektron ərizə (CV) formasına əlavə olunur.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər. Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Müsabiqədə uğur qazanan şəxslərə vakant vəzifələr üzrə iş təklif ediləcək. Təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın